#65055
Ricalun-Nəcaşi Kitabı haqqında kiçik bir araşdırma – 1

1.jpg

2.jpg

3.jpg

4.jpg


Birinci Hissə

Bismillahir-Rəhmanir-Rəhim.

Əvvələn,bildirmək istərdim ki,digər məqalədəki kimi, burda ətraflı bir şəkildə,ümumən Rical elmi haqqında danışmaq istəmirik.Sadəcə,digər məqaləni oxumuyanlara,bəzi xatırlatmalar etmək istərdim. Bilənlər bilir və bilməyənlərdə bilsin ki, Şiə məzhəbində “Rical Elmi” adlanan bir şey olmuyub və yoxdur.Bu, Əhli-Sünnə məzhəbindən qopub Şiənin içinə düşən bir məsələdir.Təbii bu biraz ixtilaflı mövzu kimi görünə bilər,amma onu diqqətinizə çatdırım ki, Rical elmi ilə, istənilən məsələni səhih salim, istənilən məsələnidə qeyri-səhih adlandırmaq olarki, bu ən çox, işbazlar və hiyləgərlərin işinə yarayan bir məsələdir.
Məsələn, Rical elmi ilə getsək:
Xanım Zəhranın (ə) evinə Ömərin hücumu hədisi səhih deyil. İmam Zamanın (ə) sonuncu məktubu yəni yadda qalan olsun deyə “həvadislər zamanı, hədis ravilərimizə müraciət edin” yazılan hədisi səhih deyil. Nəhcül-Bəlağədəki əksər xütbələr səhih deyil. Mehdi (ə) haqqında nəql olunan bir çox hədislər, o cümlədən Həzrətin (ə) Şəban ayının 15-i təvəllüd etməsi hadisəsinə dair olan hədislər səhih deyil. Üyuni-Əxbarir-Riza (ə) adlı məşhur şiə hədis kitabın TƏN YARISI səhih deyil. Əhli-beytin (ə) fəzilətindən bəhs edən bir çox hədis səhih deyil.Və siyahını istənilən qədər uzatmaq mümkündür. Amma bugünkü söhbətimiz,məxsusən Ricalit-Tusi kitabı haqqındadır ki, əvvəlcədən zikr etdik.
İndi isə qayıdaq mövzumuza və daha doğrusu, Ricalun-Nəcaşi kitabındakı səfsəfələrə.Bu Rical kitabının muəllifi, Şeyx Əbul-Əbbas Əhməd İbni Əli İbni Əhməd ibni Əbbas Ən-Nəcaşidir. Ricalut-Tusi kitabı kimi bu kitabda çox bərbad vəziyyətdədir.Çünki eyniylə Nəcaşidə Tusi kimi Sünnilərin Rical elmini yamsılamada müvəffəq ola bilməyibdir.Nəinki müvəffəq olmayıb,hətta qaş düzəldən yerdə,gözüdə çıxarıb.Diqqət edin!
1-Nəcaşinin ən böyük,bəlkədə ən bağışlanılmaz səhvlərindən biri, Şiənin Ən Böyük Hədis ravisi və Əzəmətli şəxsiyyəti olan,Mufəzzəl İbni Ömər (r.ə) haqqındakı tərbiyəsiz sözləridir. O, Mufəzzəl İbni Ömərin tərcümeyi-halında, onu fəsad əhli və Fəsad məzhəbli bir şəxs kimi qələmə vermiş və bu iyrənc sözünə dəstək olaraq, onun rəvayət etdiyi hədislərin sıxıntılı və çətin anlaşılan olduğunu bildirmişdir.
2-Nəcaşi, şiənin ən tanınmış hədis ravisi olan Cabir İbni Yəzdi Əl-Cufi haqqındada ədəbsiz sözlər yazmış, və qeyd etmişdir ki: “Cabirin əqidəsi və firikləri haqq ilə batilin qarışığı olub.” və ən sonlarda isə,onun yazdığı kitab və nəql etdikləri hədislərin sadəcə mövzudan ibarət olduğun, yəni sözünün canı olaraq qeyri-məlum olduğunu bildirmişdir.
Nəticə etibarı ilə, Ey Nəcaşi! Sənin yeddi əbəc-dadın bir yerə yığışa,birdənə Mufəzzəl İbni Ömər ilə Cabir İbni Yəzid Əl-Cufinin dırnağı belə etməz! Sonda isə, ricalı miyzan edən şəxslərə demək istəyirəm ki, bilinki,Sünninin içindən Əbu Hureyrəni çıxarsan,sünni hədisləri azalar və sünnilik zəifliyər.Şiənin içindən Mufəzzəli çıxaranda isə, hədislərin çoxsu yoxa çıxar.Elə buna görədir ki, Şiədə 1000 hədis varsa, onun sadəcə 100-ü səhihdir.Çünki Nəcaşi və onun bənzərləri kimi şəxslər,Sünnilikdən oğrama olan Rical elmi vasitəsi ilə,Şiənin ən böyük ravilərini baltalamağa cəhd etmişlər!! İndi isə,gəlin görək,Nəcaşinin “fasid” dediyi,anlaşılmaz saydığı Mufəzzəl İbni Ömər kimdir:
Müfəzzəl Hicrətin birinci yüzilliyinin axırı və ya ikinci yüzilliyin əvvəli Kufə şəhərində dünyaya gəlmişdir. Əsl adı Müfəzzəl, atasının adı Ömər və künyəsi Əbu Muhəmməd və ya Əbu Abdullahdır. O, İmam Sadiqin (ə) və İmam Kazımın (ə) ən yaxın səhabələrindən olub.
Müfəzzəl İmamlarin (ə) yanında böyük məqama sahib olmuş, onların xüsusi səhabələrindən hesab olunurdu.
İmam Sadiq (ə) və İmam Kazım (ə) dövründə Kufə əhalisinin arasında onların vəkili olmuş, həm də İmam Sadiq (ə) tərəfindən böyük bir vəzifəyə təyin olunmuşdur. Bunu, Şeyx Kuleyni (r.ə) “Üsuli-Kafi” kitabında nəql etmişdir.
1. Şeyx Mufid (səhih sənədlə-Ki Rical Elmi tərəfdarları belə öz batil elmləri ilə bunu inkar edə bilməz!) İmam Sadiqdən (ə) nəql edir: Ey Müfəzzəl! Allaha and olsun ki, səni və səni sevənləri sevirəm. Ey Müfəzzəl, əgər mənim bütün səhabələrim sənin qədər bilsəydi, heç vaxt onların arasında ixtilaf düşməzdi.
2. Muhəmməd ibni Sina deyir:
İmam Kazımın (ə) xidmətinə yetişdim. Bu vaxt oğlu Əli (ə) də onun yanında idi. İmam Kazım (ə) buyurdu: Ey Muhəmməd! Müfəzzəl mənim həmdəmim və munisim idi. Sən də o ikisinin (İmam Rza (ə) və İmam Cavad (ə)) həmdəmi və munisi olacaqsan.
3. Şeyx Kuleyni (rizvanullahi əleyh) “Üsuli-Kafi” kitabında İbni Sinandan və o da Müfəzzəldən nəql edir: İmam Sadiq (ə) buyurdu: Hər vaxt bizim şiələrimizin ikisinin arasında münaqişə baş versə, mənim malım ilə onların arasında mehribançılıq bərqərar et.
4. Yunis ibni Yəqub deyir: İmam Sadiq (ə) mənə fərman verdi ki, Müfəzzəlin yanına gedib oğlu İsmayılın (ə) ölümü münasibəti ilə ona baş sağlığı verim. Sonra İmam (ə) mənə belə buyurdu: Müfəzzələ salam ver və ona de: İsmayılın ölüm müsibəti bizə üz verdi və biz səbr etdik. Sən də bizim kimi səbr et. Biz bir şey istəyirdik, Allah başqa bir şey iradə etdi. Biz də Allah-Təalanın əmrinə təslim olduq.
Təqlidçilərin ağası olan Xoyi belə özünün “Mu`cəm-Ricalul-Hədis” kitabında bu hədisdən sonra buyurur: Bu rəvayət İmam Sadiqin (ə) Müfəzzələ çox əlaqəli olmasının nişanəsidir və bu rəvayət “səhihdir”.
Feyz ibni Muxtar deyir: İmam Sadiqə (ə) ərz etdim: Canım sənə fəda olsun mən Kufə alimlərinin arasında olanda, çox vaxt onların əqidə məsələləri barəsində ixtilafları düşür. Bəzi vaxtlar şəkk edirəm. Amma Müfəzzəl məclisə daxil olandan sonra rahatlanıram və ürəyim aram olur. İmam Sadiq (ə) buyurdu: Bəli Feyz: Həqiqət sən deyən kimidir.
Beləliklə də, o böyük şəxsiyyətin əzəmət və uca məqamı öyrənmək üçün yuxarıda yazılan faktlardan biri belə kifayət edər.Sonda isə,Rical aşiqlərinə demək istərdim ki,istəsəz istəməsəzdə məğlub olan məhz sizlərsiz!
Vəssəlamu Ələykum və Rəhmətullahi və Bərəkatuh.
You do not have the required permissions to view the files attached to this post.
Y- Yamani et Yawmiates (Mémoires).

Salam. Des Yamanis. Y-14. Si on revenait au[…]

S- L'Islam comme Religion ?

Salam, Les méchants mécréants vont payer. S-[…]

N- Nostradamus.

Salam, Le retour du Christ. N-8. Quatrain f[…]