#65174
Dünyaya gəlməsi diqqətdən kənar qalan şəxs

“Əbu Cəfər Baqir (ə.s) buyurdu: Sizlər hər zaman bizdən olan bir şəxsə tərəf boynunuzu uzadıb “o budur” deyəcəksiniz və bu səbəbdən də ALLAH ONU APARACAQ. Ta ki, ALLAH BU İŞ ÜÇÜN ELƏ BİR ŞƏXSİ MƏBUS EDƏCƏK Kİ, DOĞULUB DOĞULMADIĞINI, YARADILIB YARADILMADIĞINI BİLMƏYƏCƏKSİNİZ.”
“Əba Cəfərin (ə.s) belə dediyini eşitdim: Sizlər daim gözlərinizi bir şəxsə zilləyib “o budur” deyəcəksiniz və O ŞƏSX ARADAN GEDƏCƏK. Ta ki, Allah ELƏ BİR ŞƏXSİ MƏBUS EDƏCƏK Kİ, YARADILIB YARADILMADIĞINI BİLMƏYƏCƏKSİNİZ.”
– İsbatul-Huda: 3/535, h.480
– Biharul-Ənvar: 51/139, h.10 və 11
– Mucəmul-Əhadis: 3/228, h.851
– Ğeybəti-Numani (azərbaycanca): bab 10, h.32 və 33, s.200
“Vasit şəhərindən həcc ziyarətinə yola düşdüm. Əbu Cəfər Muhəmməd ibn Əlinin (ə.s) yanına daxil oldum. Məndən camaat və qiymətlər barədə soruşdu və mən dedim: Camaat boyunlarını sizə tərəf uzadıb, əgər qiyam etsəniz camaat sizə tabe olacaq.
Buyurdu: Ey Ətanın oğlu, qulağını ağılsızlar üçün açmağa başlamısan. Yox, Allaha and olsun ki, mən sizin sahibiniz deyiləm. Bizdən barmaqla göstərilən və qaş-gözlə işarə edilən elə bir şəxs yoxdur ki, ya qətlə yetirilməklə, ya da “burnundan ölməklə” ölməsin.
Dedim: “Burnundan ölmək” nə deməkdir?
Buyurdu: (Yəni), öz yatağında qəzəbi ilə ölsün. Ta ki, Allah DÜNYAYA GƏLMƏSİ DİQQƏTDƏN KƏNAR QALACAQ ŞƏXS göndərənədək.
Dedim: Dünyaya gəlməsi diqqətdən kənar qalan şəxs kimdir?
Buyurdu: Bax gör kimin dünyaya gəlib gəlmədiyini camaat bilmirsə o. Həmin şəxs sizin sahibinizdir.”
– Kafi: 1/342, h.26
– Kəmalud-Din: 325, h.2
– Rəsailul-Müfid: 400
– Təqribul-Məarif: 191
– İlamul-Vəra: 402
– Kəşful-Ğummə: 3/312
– İsbatul-Huda: 3/446, h.35; s.467, h.129
– Biharul-Ənvar: 51/34, h.2; s.36, h.7
– Mucəmul-Əhadis: 3/226, h.750
– Ğeybəti-Numani (azərbaycanca): bab 10, s.180, h.8
Bu hədislərdə doğulub doğulmadığı, yaradılıb yaradılmadığı bilinməyən şəxs kimdir??? Bugün bütün şiə camaatı İmam Mehdini (ə.s) gözləyir, və gözlərini ona (ə.s) zillləyiblər, onun zühur və qiyamı üçün dua edirlər. Və onun doğulduğu barədə şiələr arasında heç kimin şübhəsi yoxdur. Hətta bəzi sünni məzhəbləri də onun varlığını qəbul edir. O HALDA BURADA BAŞQA BİRİNDƏN SÖHBƏT GEDİR – “TA Kİ ALLAH ELƏ BİR ŞƏXSİ MƏBUS EDƏCƏK Kİ…” – bu ifadə əslində çox şeyi aydınlaşdırır. Bugün Yamani (ə.s) ortaya çıxıb özünün İmam Mehdinin (ə.s) övladı, vəsisi və elçisi olduğunu söyləyir, halbuki onun doğumu, yaradılışı haqda şiələr hələ də ixtilafdadırlar, çünki İmam Mehdi (ə.s)`ın evləndiyi barədə dəqiq fikir bildirə bilmirlər. Elə isə bu hədislərdə keçən şəxs İmam Mehdi (ə.s) deyil, onun övladıdır ki, İlk Mehdidir (ə.s), və o Yəmanidir, və o Qaimdir, və o Əmrin Sahibidir, və o Əhməd əl Həsəndir (ə.s).

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]