User avatar
By Ali Jafarov
#65172
Əzabdan əvvəl göndərilən Elçi

Əzabdan əvvəl göndərilən Elçi Yəmanidir
Əba Əbdillah (ə.s) Allahın bu ayəsi barədə buyurdu: “ƏZAB” Qaimin (ə.s) QİYAMIDIR. “Az bir dəstə” isə onun, sayları Bədr əshabının sayı qədər (olan) əshabıdır.”
– Təvilul-Ayat: 1/223, hədis 3
– İsbatul-Huda: 3/541
– Təfsirul-Burhan: 2/208, hədis 1, səh.209, hədis 8
– Biharul-Ənvar: 51/58, hədis 51
– Qeybəti-Numani (azəricə): səh.268, hədis 36
Qurani-Kərim:
[Biz ELÇİ göndərməmiş əzab vermərik.] [17:15]
[Sənin Rəbbin (şəhərlərdən) ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan BİR ELÇİ göndərməmiş o şəhərləri məhv etmədi.] [28:59]
[Əgər Biz onları BUNDAN ƏVVƏL ƏZABLA məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə BİR ELÇİ GÖNDƏRMƏDİN ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”] [20:134]
Həm hədislərdən həm də Quran ayələrindən göründüyü kimi əzabdan əvvəl bir elçinin olması lazımdır. Bu Allahın qanunudur. Bir halda ki, İmam Muhəmməd Mehdinin (ə.s) qiyamı əzabdır, elə isə bundan əvvəl ondan (ə.s) olan bir elçi olması lazımdır ki, insanları xəbərdar etsin və İmam Mehdiyə (ə.s) tərəf çağırsın.
Müfəzzəl ibn Ömər nəql edir ki, Əba Əbdillah (ə) buyurdu: “Bu işin sahibinin bir qeybə çəkilməsi olacaq ki, bu zaman o deyəcək: “Sizdən qorxduğum zaman (sizdən) qaçdım, sonra Rəbbim mənə hikmət əta etdi, məni Öz ELÇİLƏRİNDƏN etdi.” (Şüəra 21)
– İsbatul-Huda: 3/535, hədis 477
– Biharul-Ənvar: 52/157, hədis 19, səh.292, hədis 39
– Mucəmul-Əhadis: 5/304, hədis 1735
– Qeybəti-Numani (azəricə): səh.189, hədis 10 və digər mənbələr.
Müfəzzəl ibn Ömər nəql edir ki, Əba Əbdillah (ə) buyurdu: “Əbu Cəfər Muhəmməd ibn Əli Baqir (ə.s) dedi: “Qaim (ə) qiyam edən vaxt deyəcək ki, “Sizdən qorxduğum zaman (sizdən) qaçdım, sonra Rəbbim mənə hikmət əta etdi, məni Öz ELÇİLƏRİNDƏN etdi.”
– Kəmalud-Din: 328, hədis 10
– İsbatul-Huda: 3/468, hədis 133, səh.583, hədis 777
– Biharul-Ənvar: 52/281, hədis 8, səh.292, 39-cu hədisin arxasınca, səh.385, hədis 195
– Qeybəti-Numani (azəricə): səh.189, hədis 12 və digər mənbələr.
Bu hədislərdən də məlum olur ki, Qaim olan bir elçi vardır, və bu Qaim İmam Mehdi (ə.s) deyildir, onun (ə.s) Elçisi və Vəsisi Yəmanidir. Çünki İmamların sifətlərini bilənlər bilirlər ki, onların hikməti kamildir, onlar əta edərlər, onlar tamamlanmış nemətlərdir. Ona görə də hikmət əta edilən şəxs İmam Muhəmməd Mehdi deyil, əksinə onun elçisidir. Həmçinin ümumiyyətlə İmam Mehdi (ə.s) elçi deyildir, İmam və Höccətdir.
Ona görə də yer üzündə Əhməd əl Həsəndən (ə.s) başqa İmam Mehdinin elçisi və Yəmani olduğunu iddia edən ikinci bir şəxs yoxdur. Elə isə ey təmiz qəlb sahibləri, dəlillər açıq-aşkar ortadadır. Əhlibeytin (ə.s) Yəmani hikmətini bir kənara atmayın və Elçiyə dəstək olun.

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]