#65168
Mehdi Süfyanidən əvvəl Şərqdən gəlir

“Əmirəl-Möminin (ə.s) buyurdu: Məhdi əqbəl və qıvrım saçlıdır. Yanağında xal vardır. ŞƏRQ TƏRƏFDƏN XÜRUC EDƏCƏK. BU BAŞ VERDİYİ ZAMAN SÜFYANİ ÇIXACAQ və hamilə qadının hamiləlik müddəti qədər: doqquz ay hakimiyyət edəcək. Şamda xüruc edəcək…”
– Təfsirul-Burhan: 3/354, h.1
– əl-Məhəccə: 177
– Biharul-Ənvar: 52/252, h.142
– Yənabiul-Məvəddə: 427
– Mucəmul-Əhadis: 5/357, h.1794
– Qeybəti-Numani: 18-ci bab, s.344-345, h.14
“Əba Əbdillah (ə.s) buyurdu: Qaimin 5 ƏLAMƏTİ vardır: SÜFYANİNİN ORTAYA ÇIXMASI, YƏMANİNİN ORTAYA ÇIXMASI, səmadan gələn güclü səs, Nəfsi-Zəkiyyənin qətli, Beyda çölündə yerə batma.”
– Əqdüd-Dürər: 111
– İsbatul-Huda: 3/735, h.96
– Biharul-Ənvar: 52/204, h.34
– Mucəmul-Əhadis: 5/299, h.1729
– Qeybəti-Numani: 14-cü bab, s.282, h.9
“Əba Əbdillah (ə.s) buyurdu: YƏMANİ və Süfyani iki yarış atı kimidirlər.”
– Əmali (Şeyx Tusi): 2/275
– Biharul-Ənvar: 52/253,h.143; s.275, h.170
– Mucəmul-Əhadis: 3/478, h.1043
– Ğeybəti-Numani: 18ci bab, s.345, h.15
Bildiyimiz kimi, əlamət bir hadisə baş verməzdən öncə baş verməlidir, və o əlamət hadisənin yaxınlaşdığına işarətdir. Birinci hədisdə MƏHDİ SÜFYANİDƏN ƏVVƏL VƏ YA EYNİ VAXTDA, HƏM DƏ ŞƏRQDƏN XÜRUC EDƏCƏK deyə buyurulur. Halbuki Süfyani ƏLAMƏTDİR, Qaimin, yəni Mehdinin zühur əlamətlərindəndir. BƏS BU HƏDİSDƏ QAİMDƏN ƏVVƏL, SÜFYANİ İLƏ BİR VAXTDA VƏ YA ONDAN ÖNCƏ ŞƏRQDƏN XÜRUC EDƏCƏK MƏHDİ KİMDİR ???
İkinci hədisdə isə Süfyani ilə birgə YƏMANİNİN ortaya çıxması əlamətlərdən biri kimi keçir. Bəli, bu və bunun kimi yüzlərlə hədisləri tutuşdurduqda YƏMANİNİN DƏ SAHİBƏZZAMANIN (ə.f) ÖVLADLARINDAN OLAN MEHDİLƏRİN İLKİ OLDUĞU ANLAŞILIR. Və bu Məhdi, yəni ilk Məhdi, yəni Yəmani Qaimdən öncə, Süfyani ilə bir vaxtda qiyam edəcək olan şəxsdir.

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]