User avatar
By Ali Jafarov
#65166
Nə üçün Qeybət?

Bəziləri təhqir və tənqid məqsədilə İmam Əhməd əl Həsənin (ə.s) zülmün artdığı belə bir dövrdə qeybə çəkilməsini zülmə qarşı çıxmayaraq qaçıb gizlənmə olaraq dəyərləndirirlər. Lakin özləri də anlamadan həm Əmr Sahibi Yəmani Əhməd əl Həsənə (ə.s) qarşı hörmətsizlik edirlər, həm də İmam Muhəmməd Mehdiyə (ə.s) qarşı hörmətsizlik edirlər. Çünki əgər zülmə qarşı çıxıb ədaləti bərpa etməyin zamanı gəlibsə, o zaman İmam Muhəmməd Mehdi (ə.s) nəyə görə qiyam etmir hələ də? Həmçinin bunun qorxaqlıq olduğunu və qorxaqlığın da Allahın Xəlifəsinə yaraşmadığını deyənlərə isə Əhlibeyt (ə.s) baxaq görək necə cavab verib:
Zürarə nəql edir ki, Əba Əbdillah (ə.s) belə buyurdu: “Qaimin (ə.s) QİYAM etməzdən ƏVVƏL qeybə çəkilməsi olacaqdır.” Dedim: “Nə üçün?” Buyurdu: “QORXDUĞU ÜÇÜN”, bunu deyib əli ilə qarnına işarə etdi, sonra dedi: “Ey Zürarə, odur intizarı çəkiləcək şəxs, odur DÜNYAYA GƏLMƏSİ BARƏDƏ ŞÜBHƏ EDİLƏCƏK ŞƏXS. İnsanların bəzisi deyəcək ki, “onun atası bir xələfi (övladı) olmadan ölüb getdi”, bəziləri deyəcək ki, “atası, o anasının bətnində olarkən öldü”, bəziləri deyəcək ki, “QEYBƏ ÇƏKİLMİŞDİR”, bəziləri də deyəcək ki, “atasının vəfatından bir neçə il öncə dünyaya gəlib”. O intizarı çəkiləcək şəxsdir. Lakin Allah istəyir ki, ŞİƏLƏRİN QƏLBİNİ İMTAHAN ETSİN. Bu (qeybət) baş verdiyi zaman batilə uyanlar şübhəyə düşəcəklər, ey Zürarə.” Zürarə deyir, dedim: “Sizə fəda olum, ƏGƏR O ZAMANDA YAŞASAM, nə edim?” Buyurdu: “Ey Zürarə, ƏGƏR O ZAMANDA YAŞASAN, bu duanı oxu: […].
– Kafi: 1/337, hədis 5, səh.338, hədis 9, səh.340, hədis 18, səh.342, hədis 29
– Kəmalud-Din: 342, hədis 24, səh.346, hədis 32, səh.481, hədis 7 və 10.
– Qeybəti-Tusi: 333, hədis 279
– Qeybəti-Numani (azəricə): səh.178 və digər mənbələr
Zürarə rəvayət edir ki, Əna Əbdillah Cəfərin (ə) belə dediyini eşitdim: “QİYAM etməsindən ÖNCƏ Qaimin (ə) QEYBƏ ÇƏKİLMƏSİ olacaq.” Dedim: “Nəyə görə?” Buyurdu: “Çünki qorxacaq.” Bunu deyib əli ilə qarnına işarə etdi və bununla öldürülməyi nəzərdə tuturdu.
– Kafi: 1/337, h.5, səh.338, h.9, səh.340, h.18, səh.342, h.29
– Kəmalud-Din: 342, h.24, səh.346, h.32, səh.481, h.7 və 10
– Qeybəti-Tusi: 332, hədis 274
– Qeybəti-Numani: 192, hədis 21 və 22
“Əbu Cəfər Baqir (ə.s) buyurdu: Sizlər hər zaman bizdən olan bir şəxsə tərəf boynunuzu uzadıb “o budur” deyəcəksiniz və bu səbəbdən də ALLAH ONU APARACAQ. Ta ki, ALLAH BU İŞ ÜÇÜN ELƏ BİR ŞƏXSİ MƏBUS EDƏCƏK Kİ, DOĞULUB DOĞULMADIĞINI, YARADILIB YARADILMADIĞINI BİLMƏYƏCƏKSİNİZ.”
– İsbatul-Huda: 3/535, h.480
– Biharul-Ənvar: 51/139, h.10 və 11
– Mucəmul-Əhadis: 3/228, h.851
– Ğeybəti-Numani (azərbaycanca): bab 10, h.32 və 33, s.200
Bu hədislərdən həmçinin görürük ki, doğulub doğulmadığı bilinməyən şəxs Yəmanidir. Və İmam Sadiq (ə.s) bəzilərinin də onun qeybə çəkilməsini deyəcəyini buyurur. Digər hədisdə isə Qaimin QİYAMINDAN ƏVVƏL qeybəti olacağı bildirilir. Şübhəsiz ki bu, Höccət Muhəmməd ibn əl-Həsən (ə.s) barədə deyildir, çünki Həzrətin 2 qeybəti var, və ikinci qeybətdən sonra ZÜHUR edəcəkdir. Elə isə burada QİYAMDAN ƏVVƏL qeybə çəkilən şəxs başqa birisidir. Həmçinin burada daha bir məsələyə işarə edilir ki, bu da rəcət və ya reinkarnasiya məsələsidir. “Ey Zürarə, ƏGƏR O ZAMANDA YAŞASAN” – Əhlibeytin (ə.s) buyurduğu heç bir söz boşuna deyildir və hər sözlərinin altında mütləq şəkildə bir hikmət yatır. Əgər rəcət reinkarnasiya deyilsə, və ya insan bu dünyaya sadəcə bir dəfə gəlirsə, o halda nəyə görə İmam Sadiq (ə.s) Zürarə üçün belə bir ehtimal ortaya qoyur. İmam (ə.s) çox asanlıqla Zürarəyə bunun mümkün olmayacağını bildirə bilərdi. Elə isə ey ağıl sahibləri, Əhlibeytin (ə.s) sözləri barəsində diqqətlə düşünün və onları anlamağa çalışın, çünki onlardan olan bir hədisdə deyilir:
Əba Əbdillah (ə.s) buyurmuşdur: “Başa düşdüyün bir hədis rəvayət etdiyin (lakin başa düşmədiyin) on hədisdən yaxşıdır. Hər bir haqqın bir həqiqəti, hər bir doğrunun bir nuru vardır.”
– Biharul-Ənvar: 51/112, hədis 8
– Qeybəti-Numani (azəricə): səh.146, hədis 2 və digər mənbələr.
T- La Table Servie.

Salam, Sur une Table. T-16. Cela s’est pass[…]

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]