#65164
On birincinin (İmam Mehdinin (ə.s)) övladı

Əsbağ ibn Nubatə’dən: Bir gün Mö’minlərin Əmirinin (ə.s) yanına getdim və gördüm ki, həzrət fikirli şəkildə yeri eşir. Dedim: “Ey Əmirəl Mö’minin! Yeri eşirsiniz. Ona bir meylinizmi var?”
Buyurdu ki: “Xeyr, Allah’a and olsun, nə ona nə də dünyaya bir an belə meyl etməmişəm. Lakin mən, mənim nəslimdən dünyaya gələcək ON BİRİNCİNİN ÖVLADLARINDAN OLAN KÖRPƏNİ düşünürəm. O haqsızlıq və zülmlə dolduğu kimi yer üzünü ədalət və düzlüklə dolduracaq MEHDİdir. O qeybətə çəkiləcək və bir çaşqınlıq dövrü olacaq, bu zaman bir dəstə şəxslər zəlalətə uğrayacaq, digər bir dəstə isə nicat tapacaq.
Dedim: Ey Möminlərin Əmiri, bu qeybə çəkilmə və çaşqınlıq müddəti nə qədər olacaq?
Dedi: Səbt qədər (başqa bir rəvayətdə: 6 gün və ya 6 ay və ya 6 il (Üsuli Kafi 1/338; Qeybəti-Tusi: 165, hədis 127))
Dedim: Həqiqətən də bu baş verəcək?
Dedi: Sən onu necə görə bilərsən ey Əsbəğ? (Onu görən şəxslər) bu ümmətin xeyirli şəxsləridirlər ki, bu itrətin pak şəxsləri ilə birgə o zamanı görəcəklər.
Dedim: Bəs ondan sonra nə olacaq?
Dedi: Sonra Allah nə istəsə onu da edəcək. Həqiqətən də Alahın bəzi iradə etdiyi, hədəflədiyi və dilədiyi şeylər var.
– Kafi 1/338: hədis 7
– Hidayətul-Kubra: 88
– Kəmalud-din: 228, hədis 1
– Kifayətul-Əsər: 219
– əl-İxtisar: 209
– Qeybəti-Tusi: 164
– Biharul Ənvar: 51/117, hədis 18
– Ğeybəti Numani: səh.57, hədis 4
Əbu Bəsir nəql edir: “Əbu Cəfər Baqirin (ə.s) belə dediyini eşitdim: Bu işin Sahibində 4 peyğəmbərin əlaməti vardır: Musanın əlaməti, İsanın əlaməti, YUSİFİN ƏLAMƏTİ, və Muhəmmədin (s.a.a) əlaməti.” …
Dedim: YUSİFİN ƏLAMƏTİ NƏDİR?
Buyurdu: Zindan və QEYBƏ ÇƏKİLMƏ…”
– əl İmamətu vət-Təbsirə: 93, h.84
– İsbatul-vəsiyyə: 226
– Kəmalud-Din: s.152, h.16; s.326, h.6; s.329, h.11
– Dəlailul-İmamə: 291
– Təqribul-Məarif: 190
– Ğeybəti Tusi: 160, h.57
– İlamul-Vəra: 403
– Qeybəti Numani (azəricə): 10cu bab, s.176, h.5
Hüseyn ibn Əbul-Həsən əl-Bəsri rəvayət edir ki, Cəbrail Peyğəmbərin (s) yanına gəlib dedi: “Ya Muhəmməd, izzət və cəlal sahibi olan Allah sənə əmr edir ki, Fatiməni qardaşın Əli ilə evləndirəsən.” Allah Rəsulu (s) Əliyə (ə) xəbər göndərib (yanına çağırtdı) və ona dedi: “EY ƏLİ, mən səni qızım Fatimə ilə; aləmlərdəki xanımların ən üstünü və səndən sonra onlar içərisində mənə ən sevimli olan şəxs ilə evləndirmək istəyirəm. Cənnətin iki aöası SİZDƏN olacaq, qanlarına bulaşıb incidilən və əziyyət görən şəhidlər, nəcib və uca şəxslər SİZDƏN olacaqlar. Allah ONLARLA zülmətləri yox edəcək, ONLARLA haqqı dirildəcək və ONLARLA batili məhv edəcək. ONLARIN SAYI İLİN AYLARININ SAYI QƏDƏRDİR və ONLARIN SONUNCUSU o şəxsdir ki, İsa ibn Məryəm (ə) onun arxasında namaz qılacaq.”
– Biharul-Ənvar: 36/272, hədis 94
– İsbatul-Huda: 10/619, hədis 659
– Əvalimul-Ulum: 3/135, hədis 73
– Qeybəti-Numani (azəricə): s.57, hədis 1
İmam Əlinin (ə.s) övladlarından 11ci şəxs İmam Mehdidir (ə.s) və onun övladı Yəmanidir (ə.s). Bu hədis açıq-aydın Həqiqətən də İlk Mehdi 6 il müddətində qeybətdə oldu və bu qeybət müddətində heç kimsə ondan bir xəbər tutmadı. Nəhayət 6 il sonra qeybətdən çıxıb Qara Bayraqları qaldırdı. Və haqq dəvətin ikinci mərhələsi başladı.
Həmçinin digər hədisdə də görürük ki, İmam Əlinin (ə) soyundan 12 nəfər çıxacaq deyə buyurulur. İmam Əlinin (ə) 11ci övladının İmam Mehdi (ə) olduğunu bildiyimiz halda 12ci şəxs sadəcə və sadəcə 11cinin övladı olan Əhməd əl Həsəndir (ə.s).
Lakin bu hədisi tərcümə kitablarından təhrif edərək “11Cİ ÖVLADIMI DÜŞÜNÜRƏM” deyə tərcümə edirlər. Lakin İmam Mehdinin (ə.s) 6 gün, 6 ay və ya 6 illik qeybəti yoxdur. Hədisin təhrifi hədisi anlaşılmazlığa soxur və insanları sual altında qoyur. Elə isə Allahın lənəti, Əhlibeyt (ə.s) hədislərini təhrif edənlərin üzərinə olsun. Onlar istəməsələr də Allah Öz nurunu tamamlayacaqdır.
Allahım, Mustafa olan Muhəmmədə, Mürtəza olan Əli’yə, Bətül olan Fatimətüz Zəhra’ya, İki nəvələrə: Həsən və Hüseyn, Zeynəl Abidin olan Əli’yə, Baqir olan Muhəmmədə , Sadiq olan Cəfərə, Kazim olan Muse’yi Kazimə, Riza olan Əli’yə, Təqi olan Muhəmmədə, Nəqi olan Əli’yə, Zəki olan Əskəri’yə, Höccət olan Qaimə və sonrakı cəsur olan İmama salavat eylə ya Rəbbi.
– Əl Cəvhərçi, Ziyaül-Salihin Kitabı “Çərşənbə axşamının Tilsimi və Duası”, S. 396.
1. Mustafa olan Muhəmməd’ə
2. Mürtəza olan Əli’yə
3. Bətül olan Fatimətüz Zəhra’ya
4-5. İki nəvələrə: Həsən və Hüseyn
6. Zeynəl Abidin olan Əli’yə,
7. Baqir olan Muhəmməd’ə
8. Sadiq olan Cəfər’ə
9. Kazim olan Musa’ya
10. Riza olan Əli’yə
11. Təqi olan Muhəmməd’ə
12. Nəqi olan Əli’yə
13. Zəki olan Əskəri’yə
14. Höccət olan Qaim’ə
15. və sonrakı cəsur olan İmam’a ….

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]