User avatar
By Ali Jafarov
#65162
Qaim intiqama Qüreyşdən başlayacaq

Muhəmməd ibn Müslim rəvayət edir ki, Əba Cəfər (ə.s) buyurdu: “Əgər insanlar bilsəydilər ki, Qaim qiyam etdiyi zaman nə edəcək və nə qədər insan öldürəcək, əksəriyyəti onu görmək istəməzdilər. Bilin, o birinci QÜREYŞDƏN başlayacaq və onlarla yalnız qılıncla rəftar edəcək. Hətta bir çox şəxslər deyəcəklər: bu şəxs Muhəmməd ailəsindən (ə.s) deyil, əgər Muhəmməd ailəsindən (ə.s) olsaydı rəhm edərdi.”
– Əqdüd-Dürər: 227
– İsbatul-Huda: 3/539, hədis 501
– Biharul-Ənvar: 52/354, hədis 113
– Bəşarətul-İslam: 263
– Mucəmul-Əhadis: 3/304
– Qeybəti-Numani: 256, hədis 18
Bişr ibn Qalib əl-Əsədi nəql edir: Hüseyn ibn Əli (ə.s) mənə dedi: “Ey Bişr, görəsən Qaim Məhdi gəlib QÜREYŞDƏN 500 nəfərin əl-qolunu bağlayıb boynunu vurduqda, sonra yenə əl-qollarını bağlayıb 500 nəfərin boynunu vurduqda, sonra yenə də əl-qollarını bağlayıb 500 nəfərin boynunu vurduqda onlardan geriyə nə qalacaq?” Dedim: “Allah işinizi yoluna qoysun, onların sayı bu həddə çatacaq?” Buyurdu: Bir qövmü sevənlər də həmin qövmdən sayılır.” (Abdullah ibn Şərik deyir:) Bişrin qardaşı Bəşir ibn Qalib mənə dedi: “Şəhadət verirəm ki, Hüseyn ibn Əli (ə.s) altı dəfə qardaşım üçün təkrar etdi.”
– İsbatul-Huda: 3/540, hədis 506
– Biharul-Ənvar: 52/349, hədis 100
– Mucəmul-Əhadis: 3/183, hədis 706
– Qeybəti-Numani (azəricə): səh.206, hədis 23
“Qüreyş” Rəsulullahın (s) dövründə onun qohumları, yaxınları olan tayfanın adı idi. Və bugün Qüreyş əhli Qaimin (ə.s) yaxınları sayılır. Nəyə görə Qaim (ə.s) Qüreşdən başlayacaq? Çünki ona qarşı zülm etdilər. Və burada Qüreyş əhli İraq camaatı arasındadır, zira Əhməd əl Həsən (ə.s) İraqa gəldi, İmam Muhəmməd Mehdi (ə.s) da Kufə camaatına gələcək, çünki İmam Hüseynin (ə.s) intiqamı alınacaq. Və burada Qüreyş əhli İraq camaatıdır. Və hədislərdə də keçdiyi kimi İraq axırzamanda məhv ediləcək, bu Allahın onlara əzabıdır, Hüseyni (ə.s) qətl etdikləri üçün.
T- La Table Servie.

Salam, Sur une Table. T-16. Cela s’est pass[…]

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]