#65159
Qaimə (ə.s) qarşı Quranla döyüşənlər

Qaimə (ə.s) qarşı Quranla döyüşənlər bugün Əhməd əl Həsənə (ə.s) qarşı döyüşənlərdir:
“Əba Əbdillahın (ə.s) belə dediyini eşitdim: Bizim Qaimimiz qiyam etdiyi zaman insanların cəhaləti ilə qarşılaşacaq. Elə bir şəkildə ki, Allah Rəsulunun (s.a.a) cahiliyyə dövrünün cahil insanlarından gördüyü cəhalətdən daha şiddətli olacaq.

Dedim: Bu necə ola bilər?

Buyurdu: Allah Rəsulu (s.a.a) insanlara göndərildiyi zaman onlar daşlara, qayalara, daşdan və taxtadan yonulmuş bütlərə sitayiş edirdilər. Bizim Qaimimiz qiyam edib camaatın yanına gəldiyi zaman isə onların HAMISI ALLAHIN KİTABINI ONUN ƏLEYHİNƏ TƏVİL EDƏCƏKLƏR, ALLAHIN KİTABI İLƏ ONUN ƏLEYHİNƏ DƏLİL GƏTİRƏCƏKLƏR.
Sonra dedi: Bil, Allaha and olsun ki, onun ədaləti onların evlərinin içinə daxil olacaq, eynilə istilik və soyuqluq daxil olduğu kimi.”
– İsbatul-Huda: 3/544, h.529
– Hilyətul-Əbrar: 2/630
– Biharul-Ənvar: 52/362, h.131
– Mucəmul-Əhadis: 3/501, h.1072
– Qeybəti-Numani: 17-ci bab, s.335, h.1
3- “Əba Əbdillahın (ə.s) belə buyurduğunu eşitdim: Qaim (ə.s) döyüşündə Allah Rəsulunun (s.a.a) qarşılaşmadığı şeylərlə qarşılaşacaq. Çünki Allah Rəsulu (s.a.a) onların yanına gələndə onlar oyulmuş daşlara və yonulmuş taxtalara ibadət edirdilər. Qaim (gələndə isə) ONA QARŞI ÇIXIB ALLAHIN KİTABINI ONUN ƏLEYHİNƏ TƏVİL EDƏCƏKLƏR VƏ ALLAHIN KİTABI ƏSASINDA ONUNLA DÖYÜŞƏCƏKLƏR.”
– Hilyətul-Əbrar: 2/631
– Biharul-Ənvar: 52/362, h.133
– Mucəmul-Əhadis: 3/501, h.1072
– Qeybəti-Numani: 17-ci bab, s.336, h.3
Əhməd Əl Həsənə (ə.s) qarşı Quranla dəlil gətirməyə çalışanlara gəlsin!! Onun Quranı oxuya bilmədiyini deyənlərə, iddia edənlərə gəlsin!! Xüsusən ŞEYX ZƏKƏRİYYANIN VİDEOLARINI YƏMANİYƏ QARŞI İSTİFADƏ EDƏNLƏRƏ GƏLSİN!! O şeyx ki, Əhlibeyt qiraətini, Əhlibeyt hədislərini tərk etmiş, Əhli-Sünnə qiraəti ilə Yəmaninin (ə.s) Quranı düzgün oxumadığını iddia edir!! Bəli, məhz tərk etmiş, çünki Yəmaninin (ə.s) qiraəti Əhlibeyt hədislərinə dayanır, Şeyx Zəkəriyyanın qiraəti isə bugünki Əhli-Sünnə qiraətinə!! Budurmu Əhlibeyt tərəfdarlığı?? Budurmu Şiəlik?? Buyurun, bu da İmam Sadiqdən olan hədis, açıq şəkildə bildirilir ki, HAMISI Allahın kitabını Qaimə qarşı təvil edəcək. Bunun kimi onlarla, bəlkə də yüzlərlə hədislər var kitablarda.
Diqqət edək! Allahın kitabını bildiyini iddia edənlər kimlərdir bugün? Əlbəttə ki, din xadimləri, axırzaman alimləri… onları təqlid edənlər də, öz müctehidlərinin iddialarını Yəmaniyə (ə.s) qarşı istifadə edirlər. Əhlibeytin məsələsi günəşdən daha aydındır. Diqqət edək, Allah Rəsulunun (s.a.a) zamanında insanlar taxtalara, daşlara ibadət edirdirlər deyilir. Sizcə İmam (ə.s) bununla bizə nəyi bildirmək istəyir? Yəni o vaxtın bütləri taxtadan və daşdan idilər, Qaimin dövründə isə canlı bütlər olacaq ki, onlar Qaimə qarşı Quranla döyüşəcəklər. Vay olsun bunu görə bilməyənlərin halına! OYANIN EY ŞİƏLƏR! ƏMƏLSİZ ALİMLƏRİN SİZİ AZDIRMASINA İZN VERMƏYİN.
Əbu Bəsir deyir: İmam Sadiqdən (ə.s) “Onlar Allahı qoyub BAŞ KEŞİŞLƏRİNİ VƏ RAHİBLƏRİNİ rəblər qəbul etdilər.” (9:31) ayəsi ilə bağlı soruşduğum zaman belə cavab verdi: Allaha and olsun ki, ALİMLƏR və DİN RƏHBƏRLƏRİ, insanları onlara ibadət etmək üçün çağırmadılar. Əgər belə etsəydilər insanlar qəbul etməzdilər. Bunun üçün, Allahın HARAMINI HALAL və HALALINI HARAM ETDİLƏR və bu şəkildə insanlar fərqində olmadan, bilməyərək ONLARA İBADƏT ETMİŞ oldular.
– Üsul-i Kafi, Cild 1, s.53

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]