#65156
Qara kənizin oğlu Yəmanidir

Qara kənizin oğlu Yəmanidir, İmam Mehdi (ə.s) yox:

“Əbu Cəfər Baqirin (ə.s) belə buyurduğunu eşitdim: Bu işin sahibi ilə YUSİF (ə.s) ARASINDA BİR BƏNZƏRLİK VARDIR. O QARA KƏNİZİN OĞLUDUR. (356) Allah onun işini bir gecədə yoluna qoyacaq.”
“Əbu Cəfər Muhəmməd ibn Əli əl-Baqirin (ə.s) belə buyurduğunu eşitdim: Bu işin sahibində Yusiflə bir bənzərlik vardır. O QARA KƏNİZİN OĞLUDUR. İzzət və cəlal sahibi olan Allah onun işini bir gecədə yoluna qoyacaq.”
– Biharul Ənvar: 51/41, h.23
– Muntəxəbul-Əsər: 300, h.3
– Mucəmul-Əhadis: 3/239, h 768
– Qeybəti Numani (azərbaycanca): bab 10, s.174, h.3
“Əbu Cəfərə (ə.s) dedim: Əmirəl-Mömininin (ə.s) buyurduğu “atam qurban olsun KƏNİZLƏRİN ƏN ÜSTÜNÜNÜN oğluna” sözündə məqsəd, Fatimədir (s.ə)?
Buyurdu: Fatimə (s.ə) azad qadınların ən üstünüdür. O həmin şəxsdir ki, geniş qarınlıdır, qırmızımtıl rənglidir. Allah filankəsə rəhmət eləsin.”
– İsbatul-Huda: 3/538, h.496
– Biharul-Ənvar: 51/42, h.24
– Muntəxəbul-Əsər: 240, h.5
– Mucəmul-Əhadis: 3/236, h.763
– Ğeybəti-Numani: 13cü bab, s.251, h.8 və 9
Bildiyimiz kimi İmam Mehdinin (ə.s) anası QARA olmayıb. Hətta Rum qeysərinin qızı olmuşdur ki, bu da onun azad və ağ qadın olduğuna dəlalətdir. Roma İmperatorunun qızı olmuşdur. Və bir müddət əsirlik yaşamışdır ki, bu da onun kəniz olmasına dəlalət etmir və hədislərdə əsir qadın olaraq keçməkdədir. Lakin burada bir KƏNİZdən söhbət gedir. Və həmçinin, ravilərin qeydlərinə əsasən İmam Mehdi (ə.s) ilə Yusif (ə.s) arasında bənzərlik olmayıb. Çünki İmam Mehdi (ə.s) ilə bağlı digər hədislərdə Yusifə bənzərlikdən söhbət getmir. Əsrlər boyu ravilər bu şəxs haqda, yəni Yusifə bənzər olan, qara kənizin oğlu barədə konkret fikir yürüdə bilməyiblər, və müxtəlif fikirlərdə olmuşlar. Tarix boyu açılmamış sirri o sirrin sahibi tərəfindən nəhayət açılmışdır. KİMDİR KƏNİZLƏRİN ƏN ÜSTÜNÜNÜN OĞLU??? KİMDİR QARA KƏNİZİN OĞLU???
Cavab: Əhməd əl Həsənin (ə.s) anası qarayanız olmuşdur. Məhz Yusifə bənzərliyi olan da Əhməd əl Həsəndir (ə.s).

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]