#65154
Süfyani çıxarsa Mehdi qeybətə çəkilər

Həzləm ibn Bəşir deyir mən Əli ibn Hüseyndən (ə.s) Mehdinin xurucunu və onun təfərrüatları və əlamətləri barəsində məlumat verməsini istədim, o (ə.s) dedi: “Onun xurucundan öncə Cəzirədə (İraq) Əvf Silmi adlı bir nəfər xuruc edər, onun evi Tikritdə olacaq və onun öldürülməsi Dəməşq məscidində olacaq və sonra Şüeyb ibn Salehin xurucu olar Səmərqənddən və sonra Süfyani lənətlənmiş Vadi əl-Yabisdən xuruc edər (çıxar) və o, Utba ibn Əbu Sufyanın oğludur. ƏGƏR SÜFYANİ ÇIXARSA MEHDİ QEYBƏTƏ ÇƏKİLƏR və sonra o (Mehdi) ondan sonra xuruc edər.”
– Biharul Ənvar cild.52 səh.213
“Əmirəl-Möminin (ə.s) buyurdu: Məhdi əqbəl və qıvrım saçlıdır. Yanağında xal vardır. ŞƏRQ TƏRƏFDƏN XÜRUC EDƏCƏK. BU BAŞ VERDİYİ ZAMAN SÜFYANİ ÇIXACAQ və hamilə qadının hamiləlik müddəti qədər: doqquz ay hakimiyyət edəcək. Şamda xüruc edəcək…”
– Təfsirul-Burhan: 3/354, h.1
– əl-Məhəccə: 177
– Biharul-Ənvar: 52/252, h.142
– Yənabiul-Məvəddə: 427
– Mucəmul-Əhadis: 5/357, h.1794
– Qeybəti-Numani: 18-ci bab, s.344-345, h.14
Hər iki hədis Mehdinin Süfyanidən öncə xüruc etməsinə işarət edir. Burada Mehdinin İmam Muhəmməd ibn əl-Həsən (ə.s) olduğunu iddia edə bilmərik, çünki Süfyaninin xürucu İmam Mehdinin xürucundan əvvəlki 5 qaçınılmaz əlamətdən biridir. Odur ki, bu hədislər sübut edir ki, Süfyanidən əvvəl bir Mehdi ortaya çıxacaq ki, o da vəsiyyətdə adı keçən və Mehdilərin ilki olan Əhməd əl Həsəndir.
Kəbul-Əhbar dedi: “Qiyam edib yer üzünü başqa cür edəcək Məhdi Əlinin (ə) nəslindəndir. O həmin şəxsdir ki, İsa ibn Məryəm (ə) onunla Rum və Çin nəsranilərinə höccəti tamam edəcək. Həqiqətən Qaim Əlinin (ə) nəslindəndir. O insanlar içərisində yaradılış, əxlaq, görkəm və heybət baxımından İsa ibn Məryəmə ən çox oxşayan şəxsdir. İzzət və cəlal sahibi olan Allah peyğəmbərlərə verdiyini ona da verəcək və üstəlik bunu bir qədər də artırıb onu daha fəzilətli edəcək. Əlinin (ə) övladlarından olan QAİMİN YUSİFİN QEYBƏTİ KİMİ beybə çəkilməsi, İsa ibn Məryəmin qayıdışı kimi bir qayıdışı olacaq. SONRA qırmızı ulduzun (planetin) çıxması, Zəvranın xarabalığa çevrilməsi, Məzvərənin batması, SÜFYANİNİN ÇIXMASI və Abbas övladlarının Ərməniyyə və Azərbaycan gəncləri ilə döyüşməsindən sonra zühur edəcək. Bu döyüş elə bir döyüşdür ki, minlər və minlərlə insan burada qətlə yetiriləcək. Hər kəs üzərində QARA BAYRAQLAR dalğalanan bəzəkli bir qılıncdan yapışacaq. Bu elə bir döyüş olacaq ki, onu qırmızı ölüm və boz taun müşayət edəcək.”
– Biharul-Ənvar: 52/225, hədis 89
– İsbatul-Huda: 3/532, hədis 464
– Muntəxəbul-Əsər: 300, hədis 2.
– Qeybəti-Numani (azəricə): səh.152-153, hədis 4 (Tərcüməçinin qeydi: Bəlkə bu hədis yeganə hədisdir ki, orada İmam Mehdi (ə) İsa ibn Məryəmə bənzədilir. Digər hədislərdə həzrət, əziz babası həzrət Peyğəmbərə (s) bənzədilir.)
Bəli, bu hədisdə Qaimin (ə.s) İsa ibn Məryəmə bənzədilməsi təsadüf deyil, hətta tərcüməçini (İdris H.) də təəccüb içində qoymuşdur. Çünki bugün insanların zənnincə Qaim sadəcə bir nəfərdir ki, o da Höccət İmam Muhəmməd ibn əl-Həsəndir (ə.s). Lakin burada başqa bir Qaimdən danışılır ki, o şəxs Yəmanidir və o, Yusiflə bənzərliyi olandır və o, Süfyanidən əvvəl və ya onunla eyni vaxtda xüruc edən şəxsdir. Diqqət edin ki, hədisdə “SONRA … SÜFYANİNİN ÇIXMASI” deyə buyurulur və bildiyimiz kimi, Süfyani İmam Mehdinin (ə.s) qiyam əlamətlərindən, yəni Höccətin (ə.s) qiyamından əvvəl baş verəcək hadisələrdən biridir. Elə isə burada bəhsi keçən Qaim yenə də Yəmani Əhməd əl Həsəndir (ə.s) və o, Qara Bayraqların Sahibidir..

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]