#65153
Süfyaninin və Qaimin – Yamaninin xürucu

“Əba Cəfər Baqirdən (ə.s) Süfyani barədə soruşdum. Buyurdu: Ondan əvvəl Şeysbani çıxmayınca Süfyanidən sizə nə? O Kufə torpağında çıxacaq. Su qaynayıb çıxan kimi çıxacaq. O SİZİN nümayəndə heyətinizi qətlə yetirəcək. Bundan sonra SÜFYANİNİ VƏ QAİMİN XÜRUC ETMƏSİNİ GÖZLƏYİN.”
– Biharul-Ənvar: 52/250, h.136
– Mucəmul-Əhadis: 3/268, h.794
– Qeybəti-Numani: 17-ci bab, s.342, h.8
“SÜFYANİ VƏ QAİMİN XÜRUC ETMƏSİ” ifadəsi yenə də Yəmaninin (ə.s) da Qaim olduğunu bir daha sübut edir. Çünki bilirik ki, Süfyani QAİMİN ZÜHUR ƏLAMƏTLƏRİNDƏNDİR, XÜRUC DEYİL. O HALDA BURADA BAŞQA BİR QAİMDƏN SÖHBƏT GEDİR. VƏ O QAİM DƏ YƏMANİDİR. Və kiçik bir vurğu da var bu hədisdə ki, “SİZİN nümayəndə heyəti” deyə buyurur İmam Baqir (ə.s) – sonuncu hədisə DİQQƏT…
“Əba Əbdillah (ə.s) buyurdu: YƏMANİ və SÜFYANİ iki yarış atı kimidirlər.”
– Əmali (Şeyx Tusi): 2/275
– Biharul-Ənvar: 52/253, h.143; s.275, h.170
– Mucəmul-Əhadis: 3/478, h.1043
– Ğeybəti-Numani: 18ci bab, s.345, h.15
“Əba Əbdillahın (ə.s) belə buyurduğunu eşitdim: Süfyani çıxdığı zaman bir qoşun BİZƏ TƏRƏF, bir qoşun da SİZƏ tərəf göndərəcək. Bu baş verdiyi zaman nə yolla olur olsun, BİZƏ TƏRƏF GƏLİN.”
– Dəlailul-İmamə: 261
– Biharul-Ənvar: 52/253, h.145
– Mucəmul-Əhadis: 3/470, h.1034
– Qeybəti Numani: 18cibab s.346, h.17
L- La Mère des Cités.

Salam, La jeune fille, mère du Fils de l’homme[…]

بسم الله الرحمن الرحيم والحمد لله رب العالمين […]

Ç- Prière (Çalat).

Salam, Diverses manières de prier. Ç- 2. Tou[…]

M- Deux Messies.

Salam, L’Esprit Christ en Jésus. M-17. Jésus[…]