User avatar
By Ali Jafarov
#65058
Rəddiyyə – 2

(2-ci şübhə adlandırdıqları məqaləyə cavab)

İddiamız: “Kim rical kiablarına, hətta onların ən məşhurlarına – ki bunlar Tusinin və Nəcaşinin rical kitablardır – diqqət yetirərsə, görər ki, bu kitablar səhvlərə və təhriflərə məruz qalmışlar”. (əl-Vəsiyyətu vəl-vəsi: 256)
Onların cavabı: “Bu şübhənin cılızlığı gün kimi ortadadır. Belə ki, bizə hətta kitabda səhvlərin olduğu qəbul etsək belə, səhvlər də iki cürdü:
Birinci: Çoxluğu və qaranlıq olması (heç cür anlaşılmaması və həll edilə bilməməsi) səbəbindən kitabın mətninə xələl gətirən səhvlər.
İkinci: Azlığı və aydınlığı səbəbindən kitabın mətninə təsirli olmayan səhvlər.”
Biz səhv və təhrif dedikdə nəyi nəzərdə tutduğumuzu ən azından soruşmaq olardı. İndi təhrif edilmiş və ya dəyişdirilmiş bir hədisi diqqətinizə çatdıracağıq ki, bu hədisi dəlil gətirərək təqlidin vacib olduğunu önə sürürlər, və təqlidlə bağlı məqaləmizdə bu hədisi qeyd etmiş və təhrif olunan hissəni açıqlamışdıq:
İmam Həsən Əskəri (ə.s) buyurdu: İmam Sadiq (ə.s) buyurdu: Bizim normal insanlarımız və alimlərimiz və Yəhudilərin normal insanları və alimləri arasında bəzi mövzularda bənzərlik və bəzi mövzularda da fərqliliklər vardır. Bizim normal insanlarımız Yəhudilərin normal insanları kimi, alimlərə etdikləri təqlid üzündən günahlanmışdır…Fəqih və alimlər arasında nəfsinin və həvəslərinin önünə keçə bilən və dininə sahib çıxa bilən və Mövlasının əmrinə itaət edə bilən biri çıxarsa, insanlar əgər istəsələr onu təqlid edə bilərlər. Əl İhticac c.2, s.263
(Qeyd: Bəzi mənbələrdə isə son cümlədə, “əgər istəsələr onu təqlid edə bilərlər” ifadəsini yerinə “vacibdir ki onu təqlid edələr” ifadəsi işlənməkdədir)
Bu hədisdə gördüyünüz kimi, İmam Həsən Əskəri (ə.s) İmam Sadıqdən (ə.s) hədis nəql edər və onun hədisində təqlidin İslam aləmi tərəfindən günahlandığını söylər və sonra da, əgər insanlar istərsə təqlid edə bilərlər cümləsini işlədir. Yəni necə olur ki, hədisin əvvəlində qarşı çıxsın, sonra təsdiq etsin? Biri hədisi dəyişdirmiş olmasın…
Çünki bu hədisin son qismi, yəni (Əgər insanlar istəsə təqlid edə bilərlər) qismi, Qurana ziddir. Çünki təqlid fəlsəfəsində, əgər təqlid etdiyiniz şəxs, sizi yalnış yönləndirərsə, günah onun boynuna yazılır məntiqi mövcuddur. Ancaq, Qurani Kərim bunun əksini söyləməkdədir:
“Allah heç kimi gücünün yetdiyindən artıq yükləməz. Qazandığı (dərəcələr) onundur və iqtisab etdiyi (qazandığı neqativ dərəcələr) də onundur (məsuliyyəti onun üzərindədir). Ey Rəbbimiz! Əgər unutduqsa və ya xəta etdiksə bizi cəzalandırma (sorğulama). Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizim də üzərimizə ağır yük yükləmə. Ey Rəbbimiz, taqətimiz (gücümüz) çatmayacağı bir şeyi bizə yükləmə. Və bizi əfv et, bizə məğfirət et və bizə rəhm et (Rəhim əsması ilə bizə təcəlli et, rəhmət nurunu göndər). Sən bizim Mövla’mızsan. Artıq kafir qövmünə qarşı bizə yardım et.” (Bəqərə: 286)
T- La Table Servie.

Salam, Sur une Table. T-16. Cela s’est pass[…]

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]