User avatar
By Ali Jafarov
#65057
Rəddiyyə – 3

(3-cü şübhə adlandırdıqları məqaləyə cavab)

İddiamız: “Habelə sən bu kitabların bir çoxunu həqiqətdən uzaq görə bilərsən. Yəni, məsələn, görə bilərsən ki, Nəcaşi İmamların ən üstün səhabələrini zəif hesab edir. Məsələn, Cabir ibn Yəzid, Müfəzzəl ibn Ömər, Davud ibn Kəsir ər-Riqqi, Muəlla ibn Xuneys və qeyriləri. Baxmayaraq ki, onları mədh edən rəvayətlər təvatür həddindədirlər və olduqca çoxdurlar.” (əl-Vəsiyyə vəl-Vəsi, səh.256)
Onların cavabı: “Bu şübhə də əvvəlkilər ki, olduqca cılız və əsassız bir şübhədir. Belə ki, səmavi kitablardan və məsuma çatan kitablardan başqa elə bir kitab yoxdur ki, orada həqiqətdən uzaq olan şeylər olmasın. Lakin bu həddə uzaqlıq buna əsas vermir ki, mütləq şəkildə kitabdan əl götürəsən. Əgər bu doğru olsaydı, o zaman bütün kitabları bir kənara atmaq lazım gələrdi.
Buna görədir ki, siz görürüsünüz ki, alimlərimiz (ridvanullahi əleyhim) bir yandan rical kitablarından istifadə etsələr də, digər bir yandan heç biri Şeyx Tusinin və ya Şeyx Nəcaşinin (quddisə sirruhuma) sözlərini kor-koranə gözü bağlı qəbul etmir. Hər kim onların əsərləri ilə tanış olsa və elm məclislərinə təşərrüf tapsa, bunun həqiqətini açıq-aşkar görə bilər.”
Bəli, əvvəlki şübhələrin nə qədər “cılız” olduğu onları necə cavablandırmağınızdan məlum oldu. Birinci hissədə qeyd etdik ki, “O halda rical elmi bizim köməyimizə çatmır, çünki artıq bu ziddiyyətlər bizi ravi ilə bağlı şübhələrə salır ki, bu zaman yenə də köməyimizə Quran çatır.”
Davam edək: “bu həddə uzaqlıq buna əsas vermir ki, mütləq şəkildə kitabdan əl götürəsən.” – əgər rical kitabları bu qədər ziddəyyətlərlə doludursa, və hədisləri qəbul etməkdə insanları daha da çətin bir vəziyyətə salırsa, o kitablardan istifadə etməyin əqli cəhətdən nə qədər doğru olduğunu bir daha düşünmək lazımdır. Biz məhz rical kitablarında ziddiyyətlərlə dolu olan, qəbul edilməsi sual altında qalan hədislərin araşdırılmasının ən mükəmməl yolunu sizlərə təqdim etmişik. Və bəzi şübhəli, yəni Quranla da cavabını tapmadığımız hədisləri də inkar etməkdən çəkinməkdə və belə hədisləri Allaha və Rəsuluna həvalə etməkdəyik. Və biz bu yolu yenə də Əhlibeyt əs`ın hədislərinə sarıldığınmız üçün tutmaqdayıq:
عن ابن أبي يعفور قال سألت أبا عبد الله )ع( عن اختلاف الحديث يرويه من نثق به ومنهم من لا
نثق به ، قال : إذا ورد عليكم حديث فوجدتم له شاهداً من كتاب الله عز وجل أو من قول رسول
الله )صلى الله عليه واله وسلم ( وإلا فالذي جاءكم به أولى به ( تفسير البرهان ج ۱ ص ۶۴ ، اصول
كافي ج ۱ ص ۹۹ باب اخذ بقول پيامبر )ص )
İbn Əbi Yafur deyir: İki hədisin ixtilafı barədə (yəni bir mövzu ilə bağlı fərqli hökm verən iki hədis) hədis rəvayət edən ravilərdən əgər biri etibarlıdırsa və digəri etibarsızdırsa, nə etməyimiz lazım olduğunu İmam Sadiqdən (əs) soruşdum və belə cavab verdi: Əgər sizə bir hədis gəlsə və Allahın kəlamında və Peyğəmbərin (səas) kəlamında bir təsdiq tapa bilsəniz, o hədisi saxlayın, əgər təsdiq edəcək hökm yoxdursa, günaha görə məsuliyyət daşıyan o hədisi gətirəndir. (Təfsirul-Burhan, cild 1, s.72; Üsul Əl-Kafi, cild 1, s.88)
الماثور عن رسول الله ص انه قال : اذا روي لكم عني حديث فاعرضوه علي كتاب الله فان وافقه
فاقبلوه و الا فردوه” ) المسائل الفقهيه – سيد شرف الدين ص 09
Rəsulullah (səas) buyurdu: Məndən sonra sizə bir çox hədis nəql ediləcək, o zaman sizə gələn hədisləri Allahın kitabına ərz edin. (Əl-Məsailul Fiqh, Seyyid Şərəful-Din, s.90)
و عن أبي جعفر عليه السلام قال: ) يا جابر ……… إذا ورد عليك يا جابر شيء من أمرنا فلان له
قلبك فاحمد الله، وإن أنكرته فرده إلينا أهل البيت، ولا تقل: كيف جاء هذا ؟ وكيف كان وكيف هو
؟ فإن هذا والله الشرك بالله العظيم ( بحار الأنوار ج ۴ ص ۴۲ ، اختيار معرفة الرجال – الشيخ
الطوسي – ج ۴ – الصفحة ۲۳۹ .
Ey Cabir, əgər bizdən sənə bir şey gələrsə və qəlbin onu qəbul etməzsə, Allah-Təalaya həmd et və onu bizə geri göndər, bu necə mümkün olar, necə gəldi, o necədir və s. demə. And olsun bu sözlər Allaha şübhə duymaq deməkdir. (İxtiyar Məğfirətul-Rical əl Şeyx Tusi, cild 2, səh.439)
و قال الإمام الصادق )ع( ))حاجوا الناس بكلامي فان حجوكم فأنا المحجوج ((. – تصحيح الاعتقاد
للمفيد
İmam Sadiq (əs) buyurdu: İnsanlarla mənim kəlamım ilə dəlil verin, əgər sizi inkar edərlərsə, doğrusu məni inkar etmiş olacaqlar. (Təshihul-Etiqad Mufid)
T- La Table Servie.

Salam, Sur une Table. T-16. Cela s’est pass[…]

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]