#65052
Ricalul-Kəşşi Kitabı haqqında kiçik bir araşdırma

8.jpg


Bismillahir-Rəhmanir-Rəhim.
Bizlər, bundan əvvəl, bir çox yazılarımızda, Rical Kitablarını, onların xaos vəziyyətlərini izah etdik. Ümumən, muxalif cəbhənin əsaslandığı, 4 ədəd qədimi və mühüm saydıqları Rical kitabları vardır. Bunlar, Ricalul-Kəşşi, Fehrestit-Tusi, Ricalut-Tusi və Ricalun-Nəcaşidir (ki əsli adı Fehrestun-Nəccaşidir). Və həmçinin qədimi kitab olan “Rical İbnul-Ğəzairi”-də vardır, ki sonda yazdığım kitabın, ümumyətlə əsli-kökü, və qədimi nüsxəsi,hal-hazırki dövrdə mövcud deyildir!
Sünnilikdən gəlmə olan Rical elmi haqqında, yazılmış ən məşhur və muxalif cəbhənin nəzdində ən mö`təbər olaraq vəsf edilən Rical kitablarından biri də, məhz Ricalul-Kəşşi kitabıdır.Ki bugünkü mövzumuz, məxsusən Ricalul-Kəşşi kimi tanınan kitabın tarixi və bugünkü üləmanın, bu kitab haqqında dediklərinin, onu tərif etməklərinin necədə süni, yalan və aldatmaca olmasının ifşası haqqında olacaq.
Əvvələn,Ricalul-Kəşşinin, əsl nüsxəsi, mövcud deyil! Və Ricalul-Kəşşinin yazıldığı tarix, şiə məzhəbində çox önəmli, və çox təhlükəli bir zaman idi.Beləki, bu dövr ərzində, Şiə məzhəbi içində, bir çox dəyişikliklər və təhriflər vücuda gəlmişdi.Və bu kitabın yazılma tarixi də, məhz həmən dövrə təsadüf edirdi. Və muxaliflərin əqidələri, sözləri və bidətləri, məhz bu tarixdə şiə məzhəbinə sirayət etməkdə çox aktivləşmiş idi.
Və Şeyx Tusi, həmən bu kitabı və digər yerlərdən olan nüsxələri bir yerə cəm etmişdir və həmən kitaba “İxtiyaru Mə`rifət Ər-Rical” adını vermişdir. Və Kəşşinin birbaşa özünün yazdığı məşhur Ricalul-Kəşşi, yəni dəqiq adı ilə “Mə`rifətur-Rical” kitabı, bugünə qədər gəlib çıxmamış və mövcud deyildir! Və Şeyx Tusinin cəm etdiyi və özünündə əlavələr etdiyi bu kitab, başdan ayağa bir çox yerdə qələt sözlərə və düzgün olmayan qeydlərə sahibdir.
Seyyid İbni Tavus, özünün “Fərəcul-Məhmum” kitabında, Ricalul-Kəşşi kitabı haqqında və bu kitabın nüsxələri haqqında geniş məlumat versədə və həmən kitabda qeyd edilən ravi saylarını qeyd etsədə, hal-hazırki dövrdə əlimizdə olan Ricalul-Kəşşi ilə onun o kitab haqqında dedikləri, üst-üstə düşmür.Ona görə yoxki, Seyyid İbni Tavus yalan danışıb.Ona görə ki, İbni Tavusun vəsf etdiyi Riclul-Kəşşi kitabının əsli nüsxəsi, hal-hazırki dövrdə, əlimizə mövcud deyil!
İkincisi, Şeyx Tusinin cəm etdiyi nüsxələr və Kəşşinin yazdıqlarının məcmuəsi, çox məhdud bir saydadır və hətta onun içində belə, bir çox dəyişikliklər mövcuddur və Şeyx Tusinin də, cəm etdiyi və Kəşşiyə nisbət verilən rical kitabını da, Kəşşinin kitabı adlandıra bilmərik.Və hətta ikinci əl düzələn bu kitab ilə də, Kəşşinin bir əlaqəsi yoxdur və hətta o ikinci əl yazılan və cəm edilən nüsxələrin belə əsli, əlimizə mövcud deyildir!
Və hətta Ricalul-Kəşşi kitabı-ki bir çox təhriflərə mə`ruz qalsada və bir çox nüsxəsini əldən versədə-yerdə qalan nüsxələrə əsasən,yenədə bu kitaba “Rical Kitabı” demək düzgün deyil.Çünki bu kitab, Hədis kitabıdır, Rical kitabı yox!
Rical kitabı, o kitaba deyərlər ki, şəxslərin mövzu olaraq seçilən müəyyən bir şəxs haqqında, nə dedikləri qaydasında gedər.Və ya mövzu olaraq seçilən şəxsin, necə vəsf edilməsi, rəsm edilməsi minvalı ilə gedər.Və ravinin adının zikr edilməsi , tərcümeyi-halının qeyd edilməsi və müxtəlif şəxslərin, mövzu olaraq seçilən şəxs haqqında dediklərinə əsasən qeydlər aparılan bir kitabdır.Və burda, Rical Kitabını yazan şəxsin , mövzu olaraq seçilən şəxs haqqında, məsələn Əli İbni İbrahim adlı bir ravi vardır.Bu şəxs haqqında məlumat verər, Həm həmən kitabı yazan həmdə həmən kitabın əsaslandığı şəxslərin fikrinə əsasən, Əli İbni İbrahimin kim və necə bir şəxs olması rəsm edilər.Və Rical kitabı, öz üsul və qayidələrinə əsasən, müxtəlif şəxslər haqqında, müxtəlif tərcümeyi-halları və şəxsin necə biri olmasını çatdırar.
Amma Ricalul-Kəşşi kitabında, hədislər qeyd edilmiş və hədislərin raviləri qeyd edilmiş və sadəcə üzdən, hədislərin sənədlərinə nəzər salınmışdır. Və məsələn İmam Sadiq (ə) filan şeyi buyurdu.Və ondan sonda qeyd olunur ki, bu hədisin raviləri filan filan filan şəxslərdir.Və məsələn İmam Sadiq (ə) filankəs haqqında filan sözü dedi və bu minvalla davam edir..
Və bu rəvayətlər, sənədlərdir.Filankəs, filankəsdən nəql etdi və sair.Sual verirəm, məgər Rical elminin əsası, bucürmü qoyulub? Siz insafən deyim görüm, rical elminin qayda-qanunu,nə dərəcədə Ricalul-Kəşşi kimi tanınan kitab ilə uyğun gəlir?! Məgər Rical elmi, sənədin kimdən gəldiyini araşdırır ya sənədin gəldiyi şəxslərin kimliyini və necəliyini araşdırır?! Bəs harda qaldı bu kitabın “Ricallığı”?!
Və, budur siz muxaliflərin, böyük Rical kitabı olaraq vəsf etdiyiniz, naməlum, məchul, nüsxələri yoxa çıxmış və kimlərinsə əlində düz qoş edilməyə möhtac, heç rical elminin qayda-qanunları ilə belə uyğun gəlmiyən, Hədis kitabı olduğu halda, Rical kitabı kimi tanıdılan və hətta adı belə dəyişdirilmiş Ricalul-Kəşşi Kitabı!! Və İnşallah bu məsələyə hələ qayıdacağıq.
Vəssəlamu aleykum və Rəhmətullahi və Bərəkatuh!
You do not have the required permissions to view the files attached to this post.

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]