#65051
Ricalu İbnul-Ğəzairi Kitabı haqqında kiçik bir araşdırma

6.jpg


7.jpg


Bismillahir-Rəhmanir-Rəhim.
Əvvəlki yazılarımızda, Rical elminin necə batil olduğunu, bu elmin faydadan çox ziyanlara sahib olduğunu, necə böyük fəlakətlərə, ziddiyyətlərə və təhriflərə mə`ruz qaldığını, siz əzizlərin nəzərinə çatdırdıq.Bu gün isə, başqa bir Rical kitabına, yada Rical kitabı kimi tanıdılan və əsli nüsxəsi mövcud olmuyan və min bir təhriflər ilə “günümüzdə mövcud olduğu” iddia edilən bir kitaba, yəni “Ricalu İbnul-Ğəzairi” Kitabına nəzər salacağıq.
Muasir dövrdə, bu kitabı cəm edən şəxs,Seyyid Muhəmməd Riza Huseynil-Cəlalidir.Və bu şəxs, muasir dövrün alimlərindəndir və Tusinin yada Nəccaşinin dövrünə və ən azı oların dövrünə yaxın bir zamana aidiyyatı yoxdur! Və həmən şəxs, nəqlləri cəm edib və kitab halına salıb. Heç İbnul-Ğəzairinin olduğu iddia etdikləri bu kitabın adı belə mövcud deyil.
Və ən azınnan Şeyx Tusi, İbnul-Ğəzairinin dövrünə yaxın bir zamanda yaşayıb.Və Şexy Tusi, öz kitabında, İbnul-Ğəzairinin iki kitabı olduğunu iddia edib və etiraf edib ki, o kitablar haqqında heç bir mə`lumat mövcud deyil.Və Nəccaşi, Kəşşi və başqa şəxslərin heç biri, İbnul-Ğəzairi haqqında ətraflı məlumat verməmiş və onun kitabların adı belə məlum deyil.
Və İbnul-Ğəzairinin rical kitabı məsələsini önə çəkən və bunu ilk dəfə vurğulayan şəxs, İbnul-Ğəzairinin vəfatından yüzlərlə il sonra, bu kitabın mövcudiyyətinin iddiasını edən, Seyyid İbni Tavus olmuşdur.Və diqqəti nəzərinizə çatdırım ki, bu İbni Tavus, məşhur olan o alim İbni Tavus deyil.Digər bir şəxsdir və tam adı, Cəmalud-Din Əhməd İbni Tavusdur. Və bu şəxs, ilk dəfə iddia etdi və dedi ki, İbnul-Ğəzairinin böyük bir əsəri vardır.Və o kitabın içindəki sözləri, öz kitabında nəql etdi.Və iş orasındadır ki, bu İbni Tavusun iddiası haqqında belə tam təsdiq edici məlumat muasir dövrümüzdə mövcud deyil.Və hətta İbni Tavusun öz kitabında, İbnul-Ğəzairinin kitabındakı sözlərdən olduğunu iddia etdiyi o sözlər və nəqllər belə, muasir dövrümüzdə mövcud deyil.Çünki o nəqllərin olduğu deyilən İbni Tavusun kitabının nüsxələri, dövrümüzə gəlib çatmamışdır!
Və sonra bir molla ortalığa çıxdı, ki adı İnayətullah Qəhbahidir. Və oda bu dəfə iddia etdi ki,İbnul-Ğəzairin kitabından olan o nəqllər zikr edildiyi İbni Tavusun kitabı onda var. Və o kitabdan nəqllər edərək, özünün “Məcməur-Rical “ kitabında onları qeyd etdi. Və bu məsələ, olduqca gülüncdür.
Çünki, əvvəla İbnul-Ğəzairinin kitabının əsl nüsxələri ümumyətlə mövcud deyil.Heç qədimi üləmalardan olan Şeyx Tusi belə, İbnul-Ğəzairinin iki kitabı olduğunu desədə, adın qeyd etmiyib, ki bizlərdə o kitablar nədi bilək.
İkincisi, qədimi alimlərin ehtiyatla və tərəddüd edərək, heç adlarını belə bilmədikləri o İbnul-Ğəzairinin “məchul kitablarını” nə böyük mö`cüzə və hikmətdirsə, İbnul-Ğəzairinin vəfatından və onun haqqında qeydlər aparan Şeyx Tusi kimi üləmaların vəfatından yüzlərlə il sonra, Cəmalud-Din Əhməd İbni Tavus adlı bir şəxs, İbnul-Ğəzairinin məşhur bir kitabı olduğunu iddia etməyə və o kitabdan xəbərdar olduğunu deməyə başladı. Keçmiş üləmanın, İbnul-Ğəzairinin kitablarının adını belə bilmədikləri halda, yüzlərlə il sonra İbni Tavus necə və hardan bunu bildiyini və bununlada kifayətlənməyib o kitabdan, öz kitabında necə nəqllər apardığını, heç kim bilmir! Və buda azmış kimi, İnayətullah Qəhbahi bu iddia üzərinə olan və mövcudluğu təsdiqlənməyən kitabdan qeydlər apardığını iddia edən bir şəxsin, Yəni Cəmalud-Din İbni Tavusun kitabındakı qeydlərdən, öz kitabında köçürmələr etməyə başladı.
Və çox qəribədir ki, başqa məsələlərdə yüz ölçüb bir biçdiklərini iddia edən bu üləmalar, hansı əsas və hansı dəlil ilə bu ötürmə olan və məchul xəbərlərlə dolu olan bir məsələnin hansı dəlillə doğruluğunu ölçüblər?
Xoyi, özünün Rical kitabında, muasir dövrdə cəm edilmiş bu dırnaq arası İbnul-Ğəzairinin kitabı və həmən kitabın həqiqiliyi və originillağı haqqında “O, bu kitabdır” deyir.Hansı dəlil ilə?!
İndi də, biraz İbnul-Ğəzairiyə məxsus olduğu iddia edilən və Seyyid Muhəmməd Riza Huseynil-Cəlali tərəfindən cəm edilən kitabın içindəkilərinə nəzər salaq:
Əvvələn, Rical kitabı olduğu deyilən bu kitabın adı belə məlum deyil.Kitabı cəm edən Seyyid Muhəmməd Riza Huseynil-Cəlali, özü belə etiraf edir ki, İbnul-Ğəzairiyə məxsus olan kitabın adı belə məlum deyil. Şəkildə də gördüyünüz kimi, muhəqqiq, cəm etdiyi bu kitabda İbnul-Ğəzairinin kitabının adı üçün, 3 variant önə çəkmiş və demişdir:
“Kitabın adı “Cərh”-dir. Kitabın adı “Zuəfa”-dır. Və “Ricalul-İbnul-Ğəzairi” kimi tanınır.”
Yəni, bu o deməkdir ki, kitabın adı üçün muxtəlif variantlar önə çəkilsədə, dəqiq adı məlum deyil və buna görədə, ona sadəcə kitabı yazanın muəllifinin adı verilmiş və İbnul-Ğəzairinin Rical Kitabı kimi tanınmış və bilinmişdir.
Və onun dövründə və ona yaxın dövrdə yaşamış üləmalar belə, öz kitablarında İbnul-Ğəzairinin kitablarının bircə dənəsinin belə adını çəkmədiyi halda, muasir dövrün alimilərindən olan Seyyid Muhəmməd Riza Huseynil-Cəlalinin məlumatsız olması və sadəcə variantlar önə çəkməsi, heçdə qəribə sayılmamalıdır.
Diqqət edin.Əvvəlki yazılarımızda sübut etdik ki, Şiə məzhəbində qədimi üləmalardan bircə dənəsi belə, Rical kitabı yazmıyıb.Və onlar Fehretslər yazıb, ki Fehrest Rical kitabı sayılmaz.Və o kitablarda sadəcə 20% hissəsində, filankəs siqədir filankəs zəifdir kimi sözlər görə bilərsiz ki, bunlarda əsassızdır.Çünki o kitablarda məsələn filankəs siqədir sözünün, nəyə əsasən və hansı əvvəlki Rical kitabındakı qeydə əsasən yazıldığına vəya sadəcə kiminsə kitabından götürülmə olmasına və mənbəsinin mövcudiyyətinə dair, bircə dənədə qeyd mövcud deyildir. Və sübut etdik ki, o qədimi kitablar, məsələn Fehrestut-Tusi vəya digər bir kitab-ki əsli adı Fehrestun-Nəccaşi olan- və Ricalun-Nəccaşi kimi tanınan kitablar, əslində Şiə aləmində yazılan kitablar və o kitabların muəlliflərinin adlarının qeydi tutulmaq üçün yazılıb və 90% o kitabların içində olanlar, məhz bu məsələ haqqındadır və o kitablar da bu məqsədlə qələmə alınmışdır.
Və həmən o Fehretslərdə, nə Tusinin Fehrestində nədə Nəccaşinin Fehrestində, İbnul-Ğəzairinin kitabları haqqında və məxsusən “İbnul-Ğəzairinin Rical Kitabı” kimi iddia edilən o kitabın adının haqqında, bircə dənə hərf belə mövcud deyil!
Və çox qəribədir ki, bir çox üləmalar, İbnul-Ğəzairinin Rical kitabı haqqında tə`riflər söyləmiş, o kitabın möhkəmliyini və düzgünlüyü və mövcudluğunu vurğulamışlar. Yaxşı, onda bu üləmalar kimə söykənib? Şeyx Tusi yada Nəccaşiyəmi?! Əsla!
Çünki adı çəkilən Üləmalar, bu kitabın adın belə öz Fehrestlərində qeyd etməmişlər, o ki qala o “Naməlum Rical kitabını” kitabı mədh etsinlər))
Həmən bu muasir üləmalar, məhz , İnayətullah Qəhbahinin “Məcməur-Rical” kitabında dediklərinə istinad edirlər, ki oda Cəmalud-Din Əhməd İbni Tavusun dediklərinə söykənib, ki “İbni Tavus bunu dedi” “İbni Tavus filan şeyi dedi” və bu minvalla…
Yaxşı, hanı dəlil?! Ən azınnan göstərin bu dövrümüzdə görək o Cəmalud-Din Əhməd İbni Tavusun kitabı hanı? O kitab dövrümüzə gəlib çıxıbmı? Əsla! Hətta mövcuddur desələr belə, nəinki o kitabı bütöv şəkildə göstərmək, hətta o kitabın bir səhifəsin belə üzə çıxarıb göstərə bilməzlər!
Sonda isə, bir məsələni muxaliflərin nəzərinə çatdırmaq istərdim.Ey muxalif olan şəxs vəya şəxslər, sizin ağlınız harda qalıb?
İnsan həqiqətən sizin danışdıqlarınızı, nağıllarınızı eşidəndə dəhşətə gəlir! Deyin görüm, Əhli-beyt (ə) hədislərində min bir dəfə sənəd araşdırıb bir mız qoymağa can atırsız, amma siz gör necə korsuz ki, öz rical kitablarınızı görmürsüz. Adı belə məchul olan və əsli nüsxələri mövcud olmayan və kimlərinsə “İbni Tavus dedii….” kimi sözlərinə əsaslanıb və ordan burdan cəm etdiyiniz və sondada yalannan İbnul-Ğəzairiyə nisbət verdiyiniz kitab iləmi hədislərin düzgünlüyün ölçəcəksiz?! Bu kitab iləmi hədisləri tərəzinin gözünə qoyacaqsız?! Vallahi sizi və sizin Rical kitablarınızı cəm edib bir gözə, mətni düzgün olmuyan bir hədisi isə tərəzinin digər gözünə qoysalar, Vallahi sizin bir tük qədər belə çəkiniz olmaz.
Fehrestləri rical kitabı etdiz, bu bəs eləmədi. Nəhcül-Bəlağədən ta Hədisi Qudsilərə qədərni Öz dəyərsiz Rical elminiz ilə baltaladız, buda bəs eləmədi.İndidə tarixi və içindəkiləri məchul olan və əlimizə originalı gəlib çatmıyan və sadəcə məcmuəsi mövcud olan, hətta məcmuəsinin belə əsli ilə uyğunluğu məchul olan və adı belə qətiyyən məlum olmuyan bir kitab iləmi hədislərin sənədin ölçəcəksiz?
Subhanallah! Heç olmuya doğru-düzgün bir kitabınız olaydı da, sinənizə döyüb “biz bununla ölçürük hədisi” deyə biləydiz, ama oda yoxunuzdu..
Çünki əsaslandığınız o elminiz, sadəcə və sadəcə batildir!
Siz muxaliflər, səfsəfə, nağıl, boş-boğazlıq və illuziya girdabındasız.Həqiqət budur. Sizin məntiqiniz belə, Məntiquş-Şeytanidir.Bunu inkar etsəz belə, həqiqət gün kimi ortadadır və aşikardır.
(Mövzuya qayıdacağıq…)
Vəssəlamu aleykum və Rəhmətullahi və Bərəkatuh.
You do not have the required permissions to view the files attached to this post.

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]