User avatar
By Ali Jafarov
#65049
Rical elmi niyə bidətdir?

Bismillahir Rəhmanir Rəhim
Rical elminin yaranmasının səbəbi bizə gəlib çatan hədislərin səhihliyi və doğruluğunu ölçməkdən ibarətdir. Bu mövzunu diqqətə aldıqlarında hədisi nəql edənlər haqqında araşdırmalar edib bu şəxslərin kim olduqlarına və bu şəxslərin yalançı olub-olmadığına baxarlar, yəni daha doğrusu qərar verərlər. Və bu şəxslər üçün bir kitab hazırlanar və hamısının adları o kitabda etibarlıdır yaxud deyil deyə siyahı şəklində hazırlanar və filan şəxsin Rical kitabı deyilər (Ricalul-Nəccaşi, Ricalul-Tusi kimi), yəni hədisi nəql edən şəxs əgər etibarlı şəxsdirsə hədisi qəbul edərlər, və əgər bu hədisi nəql edən şəxsi tanımaq üçün yetərincə məlumat toplaya bilməzlərsə və ya hədisi nəql edən şəxsin etibarlı olduğu qənaətinə gəlməzlərsə, hədisi rədd edərlər. Bu şəkildə yola çıxdığımızda hədis nəql edən ravilərin fasiq yaxud yalançı olduqları ortaya çıxarsa, hədisi bir kənara qoyarıq, və əgər sadiq və etibarlı biridirsə, hədis ələ alınar, təbii ki bunun doğru olub-olmadığına isə Quran, Peyğəmbər (səas) və onun əziz Əhlibeytinin (əs) hədislərində baxacayıq.
Ondan öncə bilməyimiz lazım olan bir xüsus da vardır ki, ravilərin Etibarlılığının ən önəmli maddəsinə nümunə bir Əhli Sünnət alimi ilk əvvəl hədis ravisi olmasına diqqət edər, halbuki Peyğəmbərimizin (səas) dövründə məzhəb yox idi, yəni hədisi eşidən ilk ravinin məzhəbi olmaz, şiələr də eyni xətaya düşmüşlər. Hər məzhəbin dəyişilməz qanunu:
1.Ravi öz məzhəbindən olacaq
2.Ravi haqqında yaşadığına və yalançı olmadığına dair dəlil olacaq
Hər iki şərtin səbəbi etibarlı bir ravi tapmaqdan gəlir, yəni sadiq. Əhli sünnət şiə olan raviləri sadiq saymaz, şiələr də əhli sünnət ravilərini sadiq saymaz və hər ikisi də bir-birini rədd edər. İndi özümüzün Peyğəmbərimizin (səas) dövründə olduğumuzu hesab etsək bu hökmün etibarlılığını məzhəblərə baxmadan, Qurandan baxacayıq:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن جَاءكُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَيَّنُوا أَن تُصِيبُوا قَوْماً بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ
نَادِمِينَ {الحجرات، ۶
Ey iman edənlər! Bir fasiq sizə bir xəbər gətirərsə, bilməyərək insanlara zərər verib etdiyinizdən peşman olmamaq üçün o xəbərin doğruluğunu araşdırın. (49:6)
Fasiq = Yalançı
Burada gördüyünüz kimi, Quran ayəsi biri sizə bir xəbər gətirirsə, bu şəxs yalançı olsa belə, gətirmiş olduğu xəbərin mövzusunu və mətnini araşdırın deyir, yəni bu şəxsin kimliyi haqqında bizi xəbərdarlıq etməkdədir, çünki, əgər sırf fasiq olaraq görüb inanmasaq, insanlara zərər verə biləcəyimizi anlatmaqdadır, yəni Rical elminin bəhs etdiyi mövzu tamamilə insan düşüncəsindən meydana gəlmiş bir baxış məsələsidir, çünki Quran və hədislər üzərindən çıxarılan bir hökm deyildir. Ancaq riçal elminə inanan şəxslər bu üsula tək çarə olaraq baxdıqları üçün az qala Peyğəmbərimizin (səas) tövsiyə etdiyi bir yol imiş kimi özlərini zənn və konkretlik olmayan bir dənizin içinə atmış vəziyyətdədirlər. Halbuki bütün rical kitablarında ravilər haqqında müxtəlif qərarlar verilmişdir və riçal elminin öndə gələn isimləri belə bir-birinin qərarlarına qarşı çıxmışlar. Məsələn, Buxari öz kitabında ələ aldığı ravilərinin 400-ə yaxınını Səhih Müslim sağlam ravi saymamışdır və digər raviləri etibarlı saymışdır. Buxari də səhih Müslimin 600 ravisinin etibarlı olmadığını demişdir, və ya Rical elminin ən öndə gələnlərindən Nəccaşi və Şeyx Tusi də bəzi ravilər barədə fərqli görüşlərə sahibdirlər. Məsələn, bir şəxsə Şeyx Tusi etibarlıdır deyər, ancaq Nəccaşi deyildir deyər, və ya əksinə, hətta bəzən bir kitabında etibarlıdır deyər, başqa bir kitabında isə etibarsızdır deyər. Nümunə olaraq, Şeyx Tusi Rical kitabında birinə etibarlı demişdir, ancaq Kataloq (Fihristi) kitabında etibarlı deyil demişdir.
Bu mövzunu Seyyid Əhməd Əl Həsən (əs) bizə Quran yolu ilə açıqladığında bizə kafi (yetərli) gəlmişdi, çünki Quran bütün inananların ortaq olaraq haqq saydıqları kitabdır, ancaq ayəni kafi/yetərli saymayanlar üçün Nəccaşi və Şeyx Tusinin kitablarında ortaq olaraq səhih saydığı bir neçə hədisi gözdən keçirəcəyik ki, bu durumun önəmini başa düşək. Və əgər Nəccaşi və Tusinin səhih saydıqlarını müdafiə ediriksə, bizim üçün etibarlı olduğundan deyil, Rical elmini etibarlı sayanlar üçündür, çünki öz inandıqları kitablar üzərindən mövzunu davam etməyimiz lazımdır və bunun tövsiyəsini də İmam Riza (əs) bizlərə nəql etmişdir:
İmam Riza (əs) buyurdu: Onların özləri üçün zəruri saydığı yöndən danışın. Bunu bu şəkildə etdiyimizdə qarşımızdakı şəxs nə mövzudan kənara çıxa biləcək, nə də inkara gedə biləcək, hər nə qədər də Quran ayəsi verdiksə də, bu vəziyyəti Rical elminin təsdiq etdiyi hədislərlə dəqiqləşdirəcəyik inşallah.
Əhli Beyt (əs) hədisləri inkar etməməyimiz üçün ciddi bir şəkildə xəbərdarlıq vermişlər.
عن أحمد بن محمد بن عيسى عن الحسين بن سعيد ومحمد بن خالد البرقي عن عبد الله بن جندب عن سفيان
بن السمط قال
قلت لابي عبد الله )ع( جعلت فداك يأتينا الرجل من قبلكم يعرف بالكذب فيحدث بالحديث فنستبشعه فقال
أبو عبد الله )ع( يقول لك اني قلت الليل انه نهار والنهار انه ليل قلت لا قال فان قال لك هذا اني قلته فلا تكذب
به فانك انما تكذبني
مختصر بصائر الدرجات للحسن بن سليمان الحلي ص ۶۶ وفي طبعة أخرى ص ۴
Ravi deyir: İmam Sadiq əs-a ərz etdim ki, “sizin hədislərinizi bizə nəql edən bir şəxs var və bu şəxs yalançılıqla məşhurdur və sizdən hədis nəql etdiyində biz inanmırıq.” İmam Sadiq (əs) buyurdu: “Görəsən gecənin gündüz və gündüzün gecə olduğunumu iddia edir?” “Xeyr” dedim. Buyurdu: “Əgər bunu da desə onu inkar etməyin, çünki əgər inkar edib yalanlasan, məni rədd etmiş olarsan.”
Müxtəsərul Dəracat, Həsən ibn Süleymani-Xəlil, səh.76; Və fi Tab’ağ Axri, səh.234
Hədis ravilərinin Ricalı:
Ravi: Əhməd ibn Muhəmməd ibn İsa: Xilasətul Qavalul-Xəlil, səh.61 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Hüseyn ibn Səid: Ricalul-Tusi, səh.355, No 5257 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Muhəmməd ibn Xalidul-Bərqi: Ricalul-Tusi, səh.363, No 5391 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Abdullah ibn Cundub: Ricalul-Tusi, səh.340, No 5059 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Süfyan ibn Səməd: Ricalul-Tusi, səh.220, No 2926 Ravinin etibarlı olduğunu deyir.
أحمد بن محمد بن خالد البرقي، عن محمد بن اسماعيل، عن جعفر بن بشير، ) عن أبي الحصين ( عن أبي بصير،
عن أبي جعفر )ع( أو عن أبي عبد الله )ع( قال
لا تكذبوا الحديث إذا أتاكم به مرجئي ولا قدري ولا حروري ينسبه إلينا فانكم لا تدرون لعله شئ من الحق فيكذب
الله فوق عرشه
المحاسن لأحمد بن محمد بن خالد البرقى ج ۱ ص ۴۳۲ . علل الشرائع ج ۴ ص ۳۹۳
İmam Sadiq (əs) buyurdu: Hədisləri inkar etməyin, əgər çoxunu və ya bir miqdarını, hətta bir kölgə və ya ruzigarını bizə nisbət edərlərsə, yenə inkar etməyin, çünki içində haqq ola biləcək bir şey ola bilər və siz bilməyə bilərsiniz və əgər bunu etsəniz, Allahı səması (ərş) ucalığında yalanlamış olarsınız.
Əl Məxasənəl Əhməd ibn Muhəmməd ibn Xalidul-Bərqi, cild 1, səh. 230; Ələl Şəraiq, cild 2, səh.395
Hədis ravilərinin Ricalı:
Ravi: Əhməd ibn Xalidul-Bərqi: Ricalul-Nəccaşi, səh.76, No 182 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Muhəmməd ibn İsmail: Ricalul-Nəccaşi, səh.330, No 893 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Cəfər ibn Bəşir: Ricalul-Nəccaşi, səh.119, No 304 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əbul Hasin Zahar ibn Abdullahul-Əsədi: Ricalul-Nəccaşi, səh.176, No 465 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əbu Bəsir Yəmi’əbni-Qasım: Ricalul-Nəccaşi, səh.441, No 1187 Ravinin etibarlı olduğunu deyir.
محمد بن يحيى، عن أحمد بن محمد، عن ابن محبوب، عن جميل بن صالح، عن أبي عبيدة الحذاء قال : سمعت
أبا جعفر )ع( يقول
والله إن أحب أصحابي إلي أورعهم وأفقههم وأكتمهم لحديثنا وإن أسوأهم عندي حالاً وأمقتهم للذي إذا سمع
الحديث ينسب إلينا ويروى عنا فلم يقبله إشمأز منه وجحده وكفَّر من دان به وهو لا يدري لعل الحديث من
عندنا خرج وإلينا اسند، فيكون بذلك خارجا عن ولايتنا
الكافي ج 2 ص ۴۴۳ . مختصر بصائر الدرجات ص ۹۹ . وسائل الشيعة )آل البيت( ج ۴۶ ص ۹۶ . مستدرك
الوسائل ج ۱ ص ۹۲
Əbu Cəfər (əs) buyurdu: Allaha and olsun ki, nəzdimdə ən sevdiyim əshabım ən inanclı və ən fəqih olanı, hədislərimə ən gözəl şəkildə sarılandır, və əshabımın ən pisi və ən çox düşmənim olmuş olanı o kəsdir ki, bizə bir hədis nisbət etdiklərində və ya rəvayət etdiklərində, onu pisləyər və inkar edərək rədd edər, və hər kim hədislərə inanarsa, onu kafir sayar, halbuki, o bilməz bəlkə o hədis bizim tərəfimizdən deyilmişdir, və etdiyi inkar üzündən bizim vilayətimizdən çıxmış olacaq. Əl-Kafi, cild 2, səh.223; Müxtəsərul Bəsairul-Dərəcat, səh.98; Vəsailul-Şiə (Əhlil-beyt) cild 27, səh.87; Müstədəril Vəsail, cild 1, səh.80
Hədis ravilərinin Ricalı:
Ravi: Muhəmməd ibn Yəm’i: Ricalul-Nəccaşi, səh.353, No 946 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əhməd ibn Muhəmməd: Xilasətul Qavalul-Xəlil, səh.61 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Həsən ibn Məhbub: Fihristul-Tusi, səh.96, No 162 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Cəmil ibn Saleh: Ricalul-Nəccaşi, səh.127, No 329 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əbu Əbidə Əl Həza: Ricalul-Nəccaşi, səh.170, No 449 Ravinin etibarlı olduğunu deyir.
Aşağıdakı hədislər yuxarıdakı hədislərlə uyğun gəldiyindən artıq Rical sənədi qoymadıq.
و قال الإمام الصادق )ع( ))حاجوا الناس بكلامي فان حجوكم فأنا المحجوج ((. – تصحيح الاعتقاد
للمفيد
İmam Sadiq (əs) buyurdu: İnsanlarla mənim kəlamım ilə dəlil verin, əgər sizi inkar edərlərsə, doğrusu məni inkar etmiş olacaqlar. (Təshihul-Etiqad Mufid)
عن النبي صلى الله عليه وآله: ) من رد حديثا بلغه عني فأنا مخاصمه يوم القيامة، فإذا بلغكم
عني حديث لم تعرفوه فقولوا: الله أعلم ( بحار الأنوار ج ۴ ص ۴۱
Rəsulullah (səas) buyurdu: Məndən sona yetişən bir hədisi inkar edən bir kimsənin Qiyamət günündə düşməni olacağam, o zaman əgər məndən sizə tanımadığınız bir hədis gələrsə, Allah bilir deyin (Allahu-Alim). (Biharul-Ənvar, cild 2, səh.21)
و عن أبي جعفر عليه السلام قال: ) يا جابر ……… إذا ورد عليك يا جابر شيء من أمرنا فلان له
قلبك فاحمد الله، وإن أنكرته فرده إلينا أهل البيت، ولا تقل: كيف جاء هذا ؟ وكيف كان وكيف هو
؟ فإن هذا والله الشرك بالله العظيم ( بحار الأنوار ج ۴ ص ۴۲ ، اختيار معرفة الرجال – الشيخ
الطوسي – ج ۴ – الصفحة ۲۳۹ .
Ey Cabir, əgər bizdən sənə bir şey gələrsə və qəlbin onu qəbul etməzsə, Allah-Təalaya həmd et və onu bizə geri göndər, bu necə mümkün olar, necə gəldi, o necədir və s. demə. And olsun bu sözlər Allaha şübhə duymaq deməkdir. (İxtiyar Məğfirətul-Rical əl Şeyx Tusi, cild 2, səh.439)
عن أبي الحسن )ع( انه كتب إليه في رسالة: ) … و لا تقل لما بلغك عنا أو نسب إلينا هذا باطل
وان كنت تعرفه خلافه فانك لا تدري لم قلنا وعلى أي وجه وصفة ( الكافي ج ۹ ص ۴۲ / البحار ج ۴
ص ۴۲۹
Həzrət Əbul Həsən (əs) buyurdu: Bizdən sənin əlinə yetişən və ya hətta bizə nisbət edənləri əsla batildir demə, hətta əgər ona qarşı hökmünü bilsən belə, çünki sən nə bilirsən ki, biz bunu nə üçün, hansı sifət v\ hansı səbəbdən ötrü söylədik. (Əl-Kafi cild 8, s.25; Biharul-Ənvar, cild 2, s.209)
Bu şəkildə Rical elmi özünü deşifr edərək sabotaj/təkzib etmişdir. Yəni, önünüzə gələn hədisləri inkar etməyin, bəlkə bizdəndir, yəni bir açıq qapı qalmaqdadır. Yaxşı, bəs biz bu bəlkə kəliməsi ilə necə əminliyə çata bilərik? Və əmin bir şəkildə bizə gələn hədislərin Əhlibeytdən (əs) və ya Peyğəmbərimiz (səas) tərəfindən gəldiyinə necə inana bilərik? Bunları oxuduğumuzda ağlımıza bu sual da gələ bilər, madam ki, biz raviləri sorğulaya bilməsək, nə edəcəyik? əslində hər iki sualın cavabı eynidir, amma çox önəmli bir mövzunu vurğulamaq lazımdır. Əgər biz Rical elmini irəli sürsək, Əhlibeyti (əs) və Peyğəmbərimizi (səas) təhqir etmiş olacağıq, çünki bizi bir çıxmaz yolun ortasında atmış və bizə yol göstərməmiş olduları üçün çarəni Ricalda tapdıq ehtimalını söyləmiş olacağıq ki, bu əsla mümkün deyildir. Mütləq bizə yol buraxmış olmaları gərəkdir, çünki Rical elminin ardından gedərsək, ixtilafların boğuşduğu bir çıxmaz yola girərik ki, Allah-Təala bizi ixtilafdan və ayrı sözə düşməkdən çəkindirmişdir/men etmişdir. Anladığımız kimi ravi mövzusunda nə Əhlibeyt (əs) tərəfindən, nə də Peyğəmbərimiz (səas) tərəfindən heç bir hədis yoxdur, şiə və sünni inancına görə Peyğəmbərimizdən (səas) sonra dində nə əlavə edilərsə, bidət olaraq bilinər, bidətin mənası isə özündən bir şey əlavə etməkdir və şirkə götürər. “Sonradan ortaya çıxan hər şey bidətdir, hər bidət pozğunluqdur və hər pozğunluq insanı atəşə sürükləyər.” (Müslim, Cumua, 43; Əbu Davud, Sünnət 5; Nəsai, İydeyn, 22; İbn Macə, Müqəddimə, 7)
İmam Əli (əs): “Bir bidət çıxdığında mütləqdir ki, bir sünnət tərk edilmişdir. Bidətdən çəkinin. Açıq-aydın yoldan ayrılmayın. İşlərin ən pisi isə yeni çıxan şeylərdir.” Şərhi-Nəhcul Bəlağa-i İbn Əbil Hədid, 9/93
Üstəlik bir bidətin sonunda alimlər belə fikir ayrılığına düşdüklərindən bu ayənin tərsinə hərəkət etmiş olurlar ki, bu da bu fikir ayrılığının İslamda yeri olmadığını açıqlayar.
شَرَعَ لَكُمْ مِنَ الدّينِ مَا وَصّى بِه نُوحاً وَالَّذي اَوْحَيْنَا اِلَيْكَ وَمَا وَصَّيْنَا بِه اِبْرهيمَ وَمُوسى وَعيسى اَنْ
اَقيمُوا الدّينَ وَلَا تَتَفَرَّقُوا فيهِ كَبُرَ عَلَى الْمُشْرِكينَ مَا تَدْعُوهُمْ اِلَيْهِ اَللّهُ يَجْتَبي اِلَيْهِ مَنْ يَشَاءُ وَيَهْدي
) اِلَيْهِ مَنْ يُنيبُ)شورا ۱۳
“Dini ayaqda tutun və onda ayrılığa düşməyin” deyə Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizə din seçdi. Lakin sənin dəvət etdiyin bu (din) müşriklərə ağır gəldi. Allah istədiyini Özünə (peyğəmbər) seçər və (Ona) yönələni də doğru yola yetişdirər. (Şura, 13)
Bildiyimiz kimi bir insanın etibarlı olub olmadığına qərar vermək çox çətindir, çünki, Hz.Musa (əs) 70 nəfəri etibarlı bilərək yanında götürmüşdü, ancaq hamısı dindən çıxmışdılar, yəni məsum bir peyğəmbər belə bunun qərarını verə bilməmişdi.
انظر الي ماقال و لا تنظر الي من قال غررالحكم فصل ۳۲ حديث ۱۱
Əhlibeyt (əs) buyurur: Gələn hədisin mətninə baxın, çox eşitdik deyə səhih qılmayın. (Ğərrul Hökm, fəsil 30, hədis 11)
ان الحق و الباطل لايعرفان باقدار الرجال، اعرف الحق تعرف اهله، اعرف الباطل تعرف اهله.شرح
نهج البلاغه ابن حديد
Hz.Əli (əs) buyurdu: And olsun ki, haqq və batil kişilərin özəllikləri ilə tanınmaz (riçal alimləri kimi), əvvəlcə haqqı tanıyın, sonra onun əhlini tanıyacaqsınız. (Şərhul Nəhcul Bəlağa İbn Xəlil)
İndi keçək səhih hədisin səhihliyinə necə qərar verəcəyimiz sualına, bəli, bu mövzu ilə bağlı həm hədislərdə keçmişdir, həm də Quranda onun üçün ən etibarlı olan ayə ilə başlayacağıq. Allah-Təala buyurdu:
يَأَيهُّا الَّذِينَ ءَامَنُواْ أَطِيعُواْ اللَّهَ وَ أَطِيعُواْ الرَّسُولَ وَ أُوْلىِ الْأَمْرِ مِنكمْ فَإِن تَنَازَعْتُمْ فىِ شُىْءٍ
فَرُدُّوهُ إِلىَ اللَّهِ وَ الرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَ الْيَوْمِ الاَخِرِ ذَالِكَ خَيرٌ وَ
أَحْسَنُ تَأْوِيلاً) ۲۹ (نساء
Ey iman gətirənlər! Allaha itaət edin, əmr sahiblərinə də itaət edin. Əgər bir şey haqqında anlaşılmazlığa düşsəniz, Allaha və Axirət gününə həqiqətən inanırsınızsa, onu Allaha və Rəsuluna ərz edin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.
Yəni, bir hədisin doğru olub olmadığını anlaya bilməyimiz üçün Qurana ərz/müraciət edəcəyik və Quran ilə uyğun olub olmadığına baxacayıq, bu şəkildə ixtilaflı olduğumuz hədisləri Quran və mütəvatir hədislərlə müqayisə edəcəyik, yəni həm Qurana müraciət etmiş olacağıq, həm də Allahın Rəsuluna (səas).
فَلا وَ رَبِّكَ لا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فيما شَجَرَ بَيْنَهُمْ ثُمَّ لا يَجِدُوا في أَنْفُسِهِمْ حَرَجاً مِمَّا قَضَيْتَ وَ
يُسَلِّمُوا تَسْليماً ) ۶۲ (نساء
Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa, 65)
عن ابن أبي يعفور قال سألت أبا عبد الله )ع( عن اختلاف الحديث يرويه من نثق به ومنهم من لا
نثق به ، قال : إذا ورد عليكم حديث فوجدتم له شاهداً من كتاب الله عز وجل أو من قول رسول
الله )صلى الله عليه واله وسلم ( وإلا فالذي جاءكم به أولى به ( تفسير البرهان ج ۱ ص ۶۴ ، اصول
كافي ج ۱ ص ۹۹ باب اخذ بقول پيامبر )ص )
İbn Əbi Yafur deyir: İki hədisin ixtilafı barədə (yəni bir mövzu ilə bağlı fərqli hökm verən iki hədis) hədis rəvayət edən ravilərdən əgər biri etibarlıdırsa və digəri etibarsızdırsa, nə etməyimiz lazım olduğunu İmam Sadiqdən (əs) soruşdum və belə cavab verdi: Əgər sizə bir hədis gəlsə və Allahın kəlamında və Peyğəmbərin (səas) kəlamında bir təsdiq tapa bilsəniz, o hədisi saxlayın, əgər təsdiq edəcək hökm yoxdursa, günaha görə məsuliyyət daşıyan o hədisi gətirəndir. (Təfsirul-Burhan, cild 1, s.72; Üsul Əl-Kafi, cild 1, s.88)
Peyğəmbərin (səas) tutun dediyi bölüm
قال الإمام الصادق )ع( لمحمد بن مسلم : ) يا محمد ما جائك في رواية من بر أو فاجر
يوافق القرآن فخذ به ، وما جائك في رواية من بر أو فاجر يخالف القرآن فلا
تأخذ به ( البرهان ج ۱ ص ۶۳ .المجلسي – بحار الأنوار – الجزء : ) ۴ ( – رقم الصفحة : ) ۴۲۲ )
İmam Sadiq (əs) buyurdu: Ey Muhəmməd, saleh və ya pis bir insandan Qurana uyğun olan bir hədis gələrsə, onu qəbul et və saleh və ya pis bir insandan Quranla ziddiyyət təşkil edən bir hədis gələrsə onu burax. (Əl-Burhan, cild 1, s.73; Biharul-Ənvar, cild 2, s.244)
Əhli Sünnət kitablarında da eyni ölçü üzərindən Peyğəmbərimizdən (səas) nəql edilən hədislər mövcuddur.
“ 86/ اذا حدثتم بحديث فاعرضوه علي ك هامش عوالي اللئالي 1
تاب الله فان وافقه والا فاضربوا به علي الحا
Rəsulullah (səas) buyurdu: Əgər sizə bir hədis söylənilərsə, onu Allahən kitabına ərz edin, əgər onunla uyğun gəlirsə, qəbul edib əməl edin, əgər uyğun gəlmirsə, onu divara çırpın. (Haşim Avalil lə’ali, cild 1, s.68)
الماثور عن رسول الله ص انه قال : اذا روي لكم عني حديث فاعرضوه علي كتاب الله فان وافقه
فاقبلوه و الا فردوه” ) المسائل الفقهيه – سيد شرف الدين ص 09
Rəsulullah (səas) buyurdu: Məndən sonra sizə bir çox hədis nəql ediləcək, o zaman sizə gələn hədisləri Allahın kitabına ərz edin. (Əl-Məsailul Fiqh, Seyyid Şərəful-Din, s.90)
Ümid edirəm, mövzu ilə bağlı bütün suallarınızı cavablandıra bilmişik, sizə son bir xəbərdarlıq vermək istəyirəm ki, ümid edirəm heç hədisdəki kimi olmayacaqsınız:
İmam Sadiq (əs) buyurdu: Bizim Əhlibeytimizdən (əs) olan ilk Qaimimiz qiyam etdiyində sizinlə elə hədislərlə danışacaq ki, siz ona təhəmmül etməyib onun əleyhinə qiyam edəcəksiniz. (Biharul Ənvar, cild 52, s.175)
Vəl həmdulilləhi Rəbbil Aləmin, Və Sallallahu əla Muhəmməd və Ali Muhəmməd, Əl Əimmə vəl Mehdiyyin və səllim təslimən kəsira,
Vəssəlamun əleykum və rəhmətullahi və bərəkatuh.
T- La Table Servie.

Salam, Sur une Table. T-16. Cela s’est pass[…]

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]