#65046
Fəhrəstit-Tusi Kitabı haqqında kiçik bir araşdırma

Bismilahir-Rəhmanir-Rəhim.
Əzizlər! Bugünə qədər, Rical elmi haqqında, onun fəsadları və dində azğınlığa gətirib çıxardan və Quranın açıq ayəsi ilə zidd getməsi haqqında, həmçinin bu fəsad dolu elmin Şiə məzhəbinə necə sağalmaz yaralar vurması haqqında, dəlilləri ilə və açıq-aşkar olaraq qeydlər apardıq və isbat etdik.Və həmd olsun ki, bu yazılarımız nəticəsində, bu məsələ haqqında məlumatca zəif olanlar məlumatlandı.
Amma buna baxmayraq, yenədə bəzi şəxslər, öz irad və tənqidlərini bildirdilər.Ki guya bizlər “Şiə məzhəbinə xilaf gedirik” vəya “özümüzdən nəsə icad edirik” və sair kimi əsassız sözlər.Təbiki bu kimi dəyərsiz sözlərin heç bir əsası yoxdur.
Amma o məsələlərdən əlavə, burda bəzi açıqlanmalı və düzgün olaraq soruşulan suallara cavab verməyi, özümüzə borc bildik.
“Siz ənsarlar, niyə görə ricalı qınıyırsız, Siz ənsarlar, niyə görə bilmədiyiniz halda, Ricalut-Tusi və Ricalun-Nəccaşi kitablarındakı qeydlərə hücum çəkirsiz? Niyə görə, Mufəzzəl İbni Ömərə qarşı Nəccaşinin yazdıqlarını şişirdirsiz və niyə “Həftul-Şərif” kimi Rical Elmi ilə təsdiqlənməyən və üləmaların ixtilaf etdiyi bir kitaba “dəlil” kimi yanaşırsız və sair.”
Əzizlər! Bizlərin Ricalut-Tusi və Ricalun-Nəccaşi kimi kitablara qarşı sərt mövqe tutmağımızın səbəbi, təbiki yüzlərlə il əvvəl vəfat edən Nəccaşiyə qarşı yada Tusiyə qarşı şəxsi-qərəzliyimizin olduğuna görə deyildir.
Amma Ricalun-Nəccaşi kitabının muəllifi, haqsız yerə şiənin ən böyük ravisi və muhəddisi və 4 İmamın (ə) səhabəsi olan bir şəxs haqqında “Fasidul-Məzhəb” deməsini, bir Şiə olaraq qəbul edə bilməzdik.
İndi, sual yarana bilərki, “Bəlkə bizlərin “böyük səhabə və muhəddis “saydığımız şəxslər” əslində heçdə böyük bir şəxsiyyət olmaya bilməzmi? Vəya necə ola bilər ki, Şeytux-Taifə vəya Nəccaşi vəya Kəşşi və ya sair Rical üzrə alim olan şəxslər, İmamların (ə) böyük və dəyərli şəxslərinə “Fasidul-Məzhəb” desin?! Olar az bilirdi ya siz çox?!
Təbiki, bu kimi sualların cavabı olaraq, bildirmək istərdim ki, Mufəzzəl İbni Ömər, Cabir İbni Yəzid, Əbu Bəsir, və bu kimi nəhəng muhəddis və səhabələrin, “əzəmətli olmaqlarına baxmayaraq, rical muəllifləri tərəfindən pislənməsinin mümkünlüyünü” uzun uzadı şərhlər yazıb andlar içərək sübut etməyimizə heçdə ehtiyac yoxdur.
Beləki, Şeyxut-Taifə, Şeyx Əbu Cə`fər Muhəmməd İbni Həsən Ət-Tusi, özünün “Əl-Fehrest” kitabının muqəddiməsində, bu düzgün olmayan fikri səsləndirmiş və öz əleyhinə olsa belə, bu rə`yi öz nəzərində düzgün hesab etdiyinə görə, etiraf etmişdir.Gəlin görək, Şeyx Tusi, bu məsələ haqqında nə deyir:
“Bizim Əshabımızın musənniflərindən çoxsu və Üsul Əshabı, fasid məzhəblərə etiqad etmişlər.Və onların kitablarına etimad edilməz!”
Bu məsələ, olduqca aşikardır. Diqqət edin!
“Bizim Əshabımızın müsənniflərindən çoxsu…” “Musənnif” nədi? yəni muəllif, yəni yazar, kitab yazmış Şiə səhabələr.
Və Üsul Əshabı, yəni əsli olan Səhabələr, o şəxslərə Əshabul-Usul deyilər ki, bu şəxslər, İmamların (ə) səhabələri olub! Özü də elə-belə səhabə yox, birbaşa İmamdan yüzlərlə hədis nəql edib, birbaşa daim İmamların (ə) yanında olub, birbaşa İmamın (ə) dilindən çıxan sözlər ilə kitablar yazan dahi şəxsiyyətlər!
Əshabul-Usul, o kəslərdir ki, səhabələrin tacıdır.Yəni İmamların (ə) bütün səhabələri bir üzük olsa, onların qaşına Əshabul-Usul deyilər!


Və Şeyx Tusi onlar üçün nə deyir? “fasid məzhəblərə etiqad etmişlər!!”
Subhanallah! əgər Əshabul-Usul da fəsad əhli azğın və yoldan çıxmış şəxslər olubsa, yəni fəsad dolu məzhəblərə meyl ediblərsə, onda bizlər digər kiçik ravilərdən, muhəddislərdən nə gözliyə bilərik?! Birhaldakı RİCALIN ATASI adlandırılan Tusi, özü öz dili ilə deyirki, onlar Fasid məzhəbli olublar!
Ey ağıl sahibləri! Böyük və əzəmətli muhəddis ravilərə “Fasid” deyən bir zehniyyətdən, “Həftul-Şərif” kitabını təsdiq etməsini, və Ricalın, nəhəng və toz basmış digər bə`zi hədis kitablarına müsbət rə`y verməsini gözləmək, həqiqətəndə çox ağılsızca bir gözlənti olardı.
Və bunlar elə-belə sözlər deyil, əslində günümüzdə Dini mədrəsələr və müxtəlif banda halına gəlmiş vəfat etmiş üləmaların adına açılmış cəmiyyətlərin,təşkilatların, əzəmətli muhəddislər haqqında xoş söz demələrini gözləməyin.Çünki dünən bu kimi yanlış sözləri deyənləri bugün dəstəkləyənlər, elə Axır-Zaman üləmalardır.
Və robotlaşmış sistem, özü üçün proqramlaşdırdığı sistemdən qopa bilməz.Çünki onları, bucür xəbis bir tərzdə proqramlaşdırıblar.
Və bu kimi sözlərdən sora, Nəccaşi kimilərin Mufəzzəl İbni Ömər kimi əzəmətli səhabəyə, Əhli-beyt (ə)-ın daim mədh etdiyi bir şəxsə, “Fasidul-Məzhəb” deməsini oxumaq, və həmçinin Tusininində buna e`tiqad etdiyinə nəzər salmaq, məncə artıq bundan sora heçdə təəccüblü görünməməlidir.Çünki, bu kimi şəxslər, həmən səhabələrin Əzəmətli olduğunu, həmən muhəddislərin Əshabul-Usul olduğunu etiraf edir! Amma ardıyca olara “Fasidul-Məzhəb” deyirlər! Və yeri gəlmişkən, burdan Rical Elmini əlində bayraq edənlərə bu sualı vermək istərdim: Ey əhli nağıl! əgər Rical alimlərinizində bildirdiyi kimi, Əshabul-Usul, yəni İmamlar (ə) ilə eyni dövrdə olan, olardan hədis eşidən, oların hüzurunda eşitdiklərini kitab halına salan, muhəddislərin muhəddisləri olanlar, əgər fasidul-məzhəb olubsa, onda hansı əsasla deyirsiz ki, Əimmənin (ə) vaxtında Rical elmi olub və muhəddislər “Rical kitabları yazıb!” Yaxşı, əgər yazıblarsa, niyə görə olara əsaslanırsız?
Bir haldakı RİCALIN ATASI olan Şeyxut-Taifə, olara Fasidul-Məzhəb deyir və oların kitablarına etimad etməməyə etiqadı var..
Ey ağıl sahibləri! İbrət alın! Və imkan verməyin ki, Sizlərdən bə`zilərini aldatsınlar və siz hələdə yatırsız! Oyanın və gözlərinizi açın!
Vəssəlamu aleykum və Rəhmətullahi və Bərəkatuh.
You do not have the required permissions to view the files attached to this post.

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]