User avatar
By Ali Jafarov
#65060
40 günlük nəfsi tərbiyə proqramı

İmam ə.s`ın tövsiyə etdiyi 40 günlük nəfsi tərbiyə proqramı:

1. Əvvəla qüsl alıb tövbə etməliyik. Və mütəmadi olaraq da qüslümüzü yeniləməliyik. Tövbə və istiğfar üçün 2 rükət Salatul Ğufran namazı qılınır:
– Fatihədən sonra 60 dəfə İxlas surəsi oxunur.
2. Həftədə ən azı 2 gün oruclu olmaq. Bazar ertəsi və Cümə axşamları oruclu olmaq məsləhət olunur və hətta mümkünsə 40 gün boyunca da oruc tutmaq.
3. Bu 40 gün boyunca yalandan, nəfsdən, kibrdən uzaq durulmalı, hətta egomuzu (nəfsimizi) öldürməli, sadəcə və sadəcə Allahın istəklərini düşünməli.
4. Ən azından hə gün 5 dəqiqə meditasiya etmək.
5. Gün ərzində ən azı 100, ən çoxu 1000 dəfə Salavat gətirməli (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd, Əl Əimmə vəl Mehdiyyin və səllim Təslimən Kəsira)
6. Sübh namazından sonra Mülk və Vaqiə surələrini oxumaq (Ya ikisini də, ya da sadəcə birini).
7. İşa namazından sonra Yasin və Vaqiə surələrini oxumaq (Ya ikisini də, ya da sadəcə birini).
8. Hər gün bir zaman təyin edib hər hansı bir fərz namazdan sonra 2 rükət “Salatul Qaniya” namazını qılmaq:
– Birinci və ikinci rükətdə Fatihədən sonra hər hansı bir surənin yerinə 10 dəfə: Ali İmran, 26-cı ayəni oxumaq.
– Təslimdə: Muminun surəsi 118-ci ayə 10 dəfə oxunur və 10 dəfə də Salavat gətirilir.
– Sonra səcdəyə gedilir və Sad surəsi, 35-ci ayə oxunur.
9. Günün hər hansı bir vaxtında da aşağıdakı 40 ayə oxunur:
Bəqərə 163, 255
Ali İmran 2, 6, 18
Nisa 87
Ənam 3, 102, 106
Əraf 158
Tövbə 31, 129
Yunus 90
Hud 14
Rad 30
Nəhl 2
Ta Ha 8, 14, 98
Ənbiya 25, 87
Muminun 116
Nəml 26
Qəsəs 70, 88
Fatir 3
Saffat 35
Zumər 4, 6
Mumin 3, 62, 65
Duxan 8
Muhəmməd 19
Həşr 22, 23
Təğabun 13
Müzzəmmil 9
Qaf 38
Səbə 27
10. İmam ə.s Sübh namazından 1-1.5 saat əvvəl qalxıb 11 rükət olan Gecə namazımızı qılmağımızı nəsihət edir. 11 rükət gecə nafıləsinin (yəni təhəccüd namazının) 8 rükəti gecə nafiləsi, 2 rükəti Şəf namazı və 1 rükəti də Vitr namazı niyyəti ilə qılınmalıdır. Bu 40 günlük nəfsi tərbiyə proqramında da bunlara davam etməliyik.
11. Əgər mələkləri və digər aləmləri də görmək istəyiriksə, yemək yemək və ya yatmaq xaricində başqa heç bir şey üçün fasilə vermədən 1 dəfə olmaqla:
70 dəfə Hucurat Surəsini oxuyub, ardınca 40.000 dəfə “Rabbani əl Alimul Xəbir” söyləməliyik.
12. Az danışıb, az yeməli və az yatmalıyıq.

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]