User avatar
By Ali Jafarov
#65137
Qadağan olunan meyvə

Sual:
A) Məlumdur ki, İblis Adəmə ə.s səcdə etməyi rədd etdiyindən ötrü Cənnətdən yasaqlanmışdır. Necə olur ki, o (İblis) Cənnətə girə bildi və Adəmə pıçıldadı və Adəmə yasaqlanmış ağacdan yedirtməyi bacardı? İblisin Adəmə olan sözləri işarət edir ki, o (İblis) Cənnətdə onunla (Adəmlə) birlikdə idi, çünki, o həmin ağaca işarət etdi deyəndə “bu” işarə əvəzliyindən istifadə edir hansı ki, bu da ona işarət edir ki, o (İblis) ondan (ağacdan) uzaq deyildi.
B) Adəm ə.s-ın yediyi ağac nədir?
C) Adəmin və Həvvanın çılpaqlığı paltarsız/əlbisəsiz çılpaqlığı göstərirmi və sonra onlar həmin ağacdan yedikdən sonra öz çılpaqlıqlarının fərqinə vardılar və beləliklə özlərini Cənnət yarpaqları ilə örtdülər? Və özlərini örtdükləri yarpaqlar nələr idilər?

Cavab:
Bu sualları cavablamaq üçün girişə ehtiyac vardır: Şübhəsiz, Adəm ə.s palçıqdan yaradıldı yəni bu Yer Torpağından yaradıldı. Buna baxmayaraq, o ancaq bu Yer Üzündə qalmadı, daha doğrusu ən aşağı səmanın, ən üst nöqtəsinə yüksəldi/qalxdı (yəni, birinci səmaya yüksəldi/qalxdı) və ya bu cür də deyilə bilər, ikinci səmanın qapısına və bu (ikinci səmanın qapısı) Mələkut Aləmidir və ya Əhli-Beytin ə.s hədisində təsvir edildiyi kimi,
“O (Adəm) Cənnətin Qapısında yerləşdirildi (məsələn, Mələkut Aləmi), Mələklər tərəfindən basdalandı/tapdalandı.”(1)
Və Adəmin palçığının bu yüksəlişi/qalxışı onun (Adəmin) palçığının, Rəbbinin Nuru ilə, parıldamasını və bu palçığın feyz dadmasını tələb edir. Buna görə də, Allah Adəmə ruhu ilk dəfə ötürəndə/üfləyəndə, onun bədəni feyz dadmışdı/məmnun idi, Fiziki Cənnətin maddiliyindən (maddəliyindən) zövq alırdı və bu Cənnətdə heç bir zülmət yox idi, belə bir zülmət ki, Adəmin ə.s bədənindən nəcisin xaric olmasını tələb etsin.
Adəmin ə.s ruhuna gəlincə, o Mələkut Aləmindən zövq/feyz alırdı.(2)
və ya Mələkut Aləmlərindən, çünki, onlar çoxdurlar:
{ Bağlar/bağçalar, hansı ki, onların altında çaylar/nəhirlər axar.}(3)
Fiziki Cənnət və ya Mələkut Aləmi ikidir, Əl-Rəhman Sürəsində qeyd edildiyi kimi:
{ Amma, kim ki, Rəbbinin məqamından çəkinər/qorxar onun üçün uzanan budaqları olan 2 bağlar/bağçalar vardır.}(4)
və onlar həmçinin
{ və bu iki bağdan/bağçadan savayı daha başqa 2 bağ/bağça…hər ikisi qatı yaşıl rəngdədir.} (5)
Və bu yüksəliş/qalxış təcəlli (zühur) yüksəlişi/qalxışıdır və məkan yüksəlişi/qalxışı deyildir yəni.(6) Ona görə də, Adəm bu fiziki yerdə hansı ki biz yaşayırıq, burada qeyri-mövcud deyildi, daha doğrusu o burada mövcud idi və əgər o burada (fiziki yerdə) qeyri-mövcud olsaydı, onda o ölü olardı. Ona görə də, Adəm ə.s başlanğıcda, bu dünyada razı/məmnun olan bədənlə yaşadı, amma o sonra, Rəbbinə itaətsizlik etməklə/etdiyi vaxt sıxlığa, yəni torpaq şəklinə qayıtdı/döndü hansı ki, yüksəlişini bu sıxlıqdan (torpaq şəklindən) başlanğıc götürüb yüksəlmişdi.
B) Adəm ə.s-ın yediyi ağac buğda, alma, xurma, əncir və.s idi və bu Muhəmməd səas ailəsinin ə.s Elm Ağacı idi.(7) Ona görə də, meyvələr yüksək aləmlərdə Elmi təmsil edər. Və bu müqəddəs ağac Quranda qeyd edilmişdir və Elmi məxsusən Muhəmmədə və Muhəmməd Ailəsinə daşıdı (əleyhimussəlam).
C) Allah svt dedi
{ Təqva paltarı/əlbisəsi/libası var olan hərşeyin ən yaxşısıdır. } (8)
Paltar/əlbisə/libas ki Adəm və Həvvadan alındı/çıxarıldı Təqva paltarı/əlbisəsi/libası idi. Yəni, yüksək aləmlərdə hansı ki, onlar (Adəm ilə Həvva) orada yaşayırdılar, çılpaqlıq təqva ilə örtüldü. Bu ona görə belədir ki, o aləmlərdə təqva libasdır ki, insan oğlunun/bəşərin bədənini örtür.
Adəm ə.s və Həvva s.ə müqəddəs ağacdan – Muhəmməd səas Ailəsinin ə.s Elm Ağacından, yeməklə itaətsizlik edəndə (yəni bu ağacdan icazəsiz yemələri) eynilə buna işarədir, hər kim bu ağacdan Allahın icazəsi olmadan yeyərsə bu vəziyyət onun üçün də keçərlidir – və onlar (Adəm və Həvva) təqva libasını itirdilər belə ki, onların çılpaqlıqları onlara zühur etmiş (zahir, aşikar) oldu.
Cənnətin yarpaqlarına gəlincə hansı ki, onlar (Adəmlə Həvva) özlərini örtdülər, onlar (yarpaqlar) dindir. Yaşıl yarpaqlar, yüksək aləmlərdə dini təmsil edir. Və o yarpaqlar ki, Adəm ə.s ilə Həvva s.ə özlərini örtdülər, onlar peşmanlıq və Allahdan Əba-Əhli (Muhəmməd, Əli, Fatimə, Həsən, və Hüseyn ə.s) haqqına bağışlanmaq istəmələri idi. Hansı ki, Əba-Əhlinin adı, Ərşin ayağında yazıldı və Adəm ə.s tərəfindən oxundu.(9)
A) İblisin (Allah ona lənət etsin) olduğu cənnət hansı ki, ondan qovulmuşdu, bu cənnət Mələkut Aləmi idi və həmçinin bu Dünya/Dünyəvi Cənnət idi, digər tərəfdən də, Adəm ə.s bütün dünyəvi aləmlərdə mövcud idi/var idi. Ona görə də, İblisin (Allah ona lənət etsin) pıçıldaması dünyəvi aləmlərdə olan Adəmə idi hansı ki, bu Dünya/Dünyəvi Cənnətdən aşağıdadır. (10)
Onun ağaca işarət etməsinə gəlincə, sanki onun (Allah ona lənət etsin) önündə imiş kimi idi, bu ona görə belədir ki, bu dünyada ağacların meyvələri Muhəmməd səas Ailəsinin ə.s Elminin təcəllisi və zühurudur, başqa bir şey deyildir.
Alma, buğda, və əncir və.s Muhəmməd səas Ailəsinin ə.s Elminin lütfüdür. Onlardan ə.s nəql olunan duada qeyd edildiyi kimi.”Siz onlarla ruziləndirilirsiniz.” (11)
Əhməd Əl Həsən əleyhissalam
Əl-Mütəşabihat, cild 1, sual 3
________________________________________________________
1. Peyğəmbərlərin hekayəsi Seyyid Nimətullah Əl-Cəzairi səh 55
2. Bu təəccüblü deyil, çünki, Əli ibn Əbutalibin ə.s ruhu Mələkut Aləmində ikən, bədəni insanlara yaxın idi və bu fiziki dünyada idi və bu onun ə.s şəhadətindən öncəki xitabında aşikar və aydın görünməkdədir/bilinməkdədir. “Şübhəsiz, mən öz bədənimdə sizin bir neçə günlük qonşunuz idim və vəfatımdan sonra sizdə sadəcə ölü vücud (yəni, özünün ölü vücudu) olacaq, hərəkətindən sonra durğun və xitabından sonra sakit.” Nəhcül Bəlağə: Cild 2 səh 34
3. Qurani Kərim 2:25
4. Quran 55:46,48
5. Quran 55:62,64
6. Fiziki yüksəliş cismin mövcud olduğu (var olduğu) yerdən hərəkətidir. Və Təccəlli həqiqətin zühurudur, bu yansımış həqiqət, öz yansımasında dəyişmir və eyni qalır və olduğu kimi zühur edir. Bu daha sonra, daha ətraflı izah ediləcəkdir.
7. İmam Əl-Həsən Əl-Əskəri ə.s “və bu ağaca yaxınlaşma”-nın təfsiri barəsində belə buyurur, “Bu Elm Ağacıdır və bu xüsusilə Muhəmməd və Ailəsi (ə.s) üçündür və başqa heç kəs üçün. Allahın əmri ilə, onlardan (əleyhimussəlam) başqa heç kəs ondan (Elm Ağacından) götürməyəcəkdir. Şübhəsiz, bu ağac, ondan Peyğəmbərin səas , Əlinin, Fatimənin, Həsənin, Hüseynin (əleyhimussəlam) yedikləri ağacdır (sonra, onlar kasıbları, yetimləri və məhbusları yedirtdilər) ta ki, bu ağacdan yedikdən sonra heç bir aclıq, susuzluq, yorğunluq hiss etmədilər. Və o ağacdır ki, Cənnətdə bütün ağaclardan fərlənmişdir/ayrıdır. Cənnətdə hər bir ağac bir növ meyvə verər, halbuki, bu ağac və onun cinsi üzüm, zeytun, xurma və bütün növ meyvələrə sahibdir…” Bihar Əl Ənvar cild 11 səh 189
8. Quran 7:26
9. Müfəddəl ibn Ömər dedi ki, Əbu Əbdullah ə.s dedi, “…Allah svt Adəmi və xanımını Cənnətdə məskunlaşdıranda, O svt onlara dedi, (Onun/Cənnətin meyvəsindən azadca yeyin, hara istəyirsinizsə gedin və bu ağaca yaxınlaşmayın), yəni, buğda ağacına, (çünki, əgər yaxınlaşsanız zalimlərdən olmuş olarsınız). Belə ki, onlar (Adəm və Həvva) Muhəmmədin, Əlinin, Fatimənin, Həsənin, Hüseynin və İmamların ə.s məqamına baxandan sonra, onlar (Adəmlə Həvva) bu məqamın Cənnətdə ən möhtərəm olduğunu anladılar, və onlar (Adəmlə Həvva) dedi, “Ya Rəbb, kimin məqamıdır bu?” Allah svt cavab verdi, (Başlarınızı Ərşin ayağına tərəf qaldırın), onlar başlarını qaldırdılar və Muhəmmədin, Əlinin, Fatimənin, Həsənin, Hüseynin və İmamların ə.s adlarını Ərşin ayağında Allahın svt Nuru ilə yazılı olduğunu gördülər… Allah svt onların peşmanlıqlarını/tövbələrini qəbul etmək istəyəndə, Cəbrail ə.s onlara (Adəmlə Həvvaya) gəldi və dedi, (Siz ikiniz, özünüz üçün xəta etmişsiniz, sizdən üstün/uca olanların məqamını özünüz üçün arzu etməklə, ona görə də, bunun kəffarəsi, Allaha svt yaxınlığınızdan, Allahın svt Yerinə (Yerin Üzünə) enməyiniz/düşməyinizdir. Şübhəsiz, O svt Tövbəni/Peşman olmağı) Qəbul Edəndir…” Məanil Əxbar, Şeyx Səduuq, səh 108, Hədis 1
10. Burada, Seyyid Əhməd Əl Həsən ə.s aydın bir şəkildə dünyəvi aləmlərlə və Cənnəti (və ya Mələkut Aləmlərini) bir-birindən ayırd etdi. Ona görə də, İblis, hansı ki, Cənnətin qapısından qovulmuşdu və möhürlənmişdi, Adəmə ə.s dünyəvi aləmlərin içində pıçıldadı, ən aşağı Cənnətdə (və ya Birinci Səmada) deyil.
11. İmam Baqir ə.s-dan olan duadan bir hissə, Şeyx Kuleyninin Əl Kafi cild 2, səh244 kitabında. Əbu Əbdullah ə.s buyurdu, “Allah bizi ən kamil şəkildə yaratdı və O bizi qullarının içində Özünün gözü, Özünün Danışan Dili Məqxluqatda, Özünün Rəhman və Rəhim Əli olaraq qulları üzərinə, Özünün Üzü hansı ki, o üzlə Ona baxılar, Özünün qapısı hansı ki, o qapıyla Ona hidayət olunur, Özünün, Səmasında və Yerində olan xəzinədarları qərar verdi. Biz Əhli-Beyt ilədir ki, ağaclar bar/meyve gətirir, meyvələr yetişir və çaylar/nəhirlər axır. Bizimlədir (Əhlibeytlə) ki, yağış göydən/səmadan yağır və otlar cücərir/yaşarır. Allah svt bizim ibadətimizlə/qulluğumuzla (bizim vasitəmizlə) ibadət/qulluq edilir. Əgər bizimlə/bizlə olmasaydı (biz olmasaydıq) Allaha svt qulluq/ibadət edilməzdi.” Əl-Kafi: cild 1 səh 144

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]