User avatar
By Ali Jafarov
#65136
Orta namaz

Sual: Allah-təala buyurur: (“Namazları və orta namazı gecikdirmədən qılın, xuşu içində Allahın hüzurunda dayanın.” Bəqərə; 238) bu ayədəki deyilən “orta namaz” hansı namazdır?

Cavab: “Orta namaz, əslində Cümə namazıdır. Və geri qalan günlərdə onun yoldaşı da, günorta namazıdır. Və əmrdə, xüsusilə, Cümə namazına diqqət etmək və onu gücləndirməkdir. Çünki, müsəlmanlar Cümə namazında inanclarında, dünyalarında nə zəif düşmüşsə və ya pozulmuşsa, onun konpensasiya edilməsi üçün bir yerə yığışırlar. Və ayrıca, dini oxumalar və Uca Allahın xeyrinə bilgilər əldə etmək üçündə bir yerə yığışırlar. Bu məna ayənin açıq mənasıdır.
Həqiqi mənasına gəldikdə isə, Namaz, Allahın vəsisinin və qulları üzərinə olan Höccətinin vilayətini izləməkdir. Və orta namaz ya da Cümə namazı Qaim (ə)-ın əlləri arasında əməl etmək və cihad etmək deməkdir. Çünki, Qaim (ə) İslam ümmətini bidət əhli imamlar (öndərlər) və əməlsiz alimlər tərəfindən bölündükdən sonra, haqq üzərində birləşdirəcəkdir. Bu səbəbdən Qaim (ə) namazı Orta namazdır. Çünki, onun Ənsarı – və onlar namaz, əməl və cihaddırlar – Orta Ümmətdir. Allah-Təala buyurur: (“Beləcə, sizlər insanlara şahid (və örnək) olasınız və Peyğəmbərdə sizə bir şahid (və örnək) olsun deyə sizi, Orta Ümmət etdik.” Bəqərə; 143)
Yəni doğrulanan odur ki, gələn müsəlmanların çox hissəsi insanlığa şahid deyillər və bəs necə ola bilər ki, içki içən, zinakar ya da itaət etməmiş olan, bu ilahi məsələdə insanlığa şahid ola bilər? (yəni əlbətki bu mümkünsüzdür). Birbaşa (haqq tərəfdarları), onlardır orta ümmət – və İmamlar (öndərlərdir) – onlar 313 olanlardır. Və insanlara şahid örnəkdirlər. Çünki, onlar Allahın xas qullarıdır. Ayrıca olaraq, onlar ibadət edən, sadiq, səmalarda tanınan, dünyada tanınmayanlardır. Qınayanlardan gələn bir qınama belə, onları, Allah ilə olan birliklərindən ayıra bilməz. Uca Allah buyurur: (“Biz isə istəyirik ki, yer üzündə əzilməkdə olanlara lütf göstərək, onları Öndərlər (İmamlar) edək və onları Varislər qərar verək.” Qəsəs; 5)
T- La Table Servie.

Salam, Sur une Table. T-16. Cela s’est pass[…]

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]