User avatar
By Ali Jafarov
#65123
Ey Musa, başmaqlarını çıxar

Sual 60: Müqəddəs Quranda belə buyurulur: {Ey Musa, başmaqlarını çıxar, həqiqətən sən müqəddəs Tuva vadisindəsən.}. Bu ayənin açıqlaması nədir?

Cavab:

Bismillah Əl Rəhman Əl Rəhim. Əlhəmdulillahi Rəbbil Aləmin. Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd, Əl Əimmə vəl Mehdiyyin və səllim təslimən kəsira.Uca Allah buyurub: {Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Doğrusu sən müqəddəs Tuva vadisindəsən.} [Ta Ha Surəsi: 12]Hər hansı bir insanın ayağındakı ayaqqabı onu (ayağı) qoruyur, lakin eyni zamanda o (ayaqqabı) onun yerimə sürətini azaldır. Allah SVT yalnızca ona səslənən ağaca yetişmək üçün Musa ə.s`ın yürüyüş sürətini azaldan fiziki ayaqqabını nəzərdə tutmayıb. Daha doğrusu, O SVT Musa ə.s`dan istəyirdi ki, özünü (öz nəfsini) Allaha (svt) tərəf yönəlməyinə mane olan hər şeydən uzaq tutsun/arındırsın. Beləliklə, O (svt) Musadan (ə.s) istəyirdi ki, Allah üçün olan sevgidən başqa bütün qalan hər şey/hər kəs üçün olan sevgilərdən uzaqlaşsın/arınsın, və O (svt) ondan istəyirdi ki, qorxusunu Allah qorxusundan başqa bütün qorxulardan uzaqlaşdırsın/arındırsın, belə ki, o özünü qorxu və ehtiyatla/tədbirlə qorumasın, əksinə Allah (svt) ilə qorusun, beləliklə onun hər hansı bir insana sevgisi Allah üçün və Allaha olan sevgisindən olsun.
Zalımlardan (Firon kimi) qorxmaq əməlsiz alimlərin xüsusiyyətləridir – zira onların qəlbləri zalımlardan qorxu ilə doludur – yaxud da Allah (svt) onları Müqəddəs Quranda “uzunqulaqlar” adlandırır. O Uca (Allah) buyurdu: {Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağa bənzəyirlər.} [Cumuə Surəsi: 5]. Və O Uca (Allah) buyurdu: {Həqiqətən, ən çirkin səs uzunqulaq səsidir.} [Loğman Surəsi: 19]. Və Uca Allah buyurdu: {Onlar sanki vəhşi eşşəklərdir.} [Muddəssir Surəsi: 50].
İmam Sadiq (ə.s) Musa (ə.s) ilə bu İlahi Danışığın təfsiri haqda buyurub: {Başmaqlarını çıxar}. O ə.s buyurdu: “Çünki onun başmaqları/ayaqqabıları ölmüş uzunqulaq dərisindən idi” – İlal Əl-Şəra’i, cild 1, səh.66. Əl-Sadiq (ə.s) sadəcə və sadəcə bu xarakteristikanı göstərmək istəyirdi, birinin zalımdan qorxması ilə bağlı olan qorxu xarakteri, və bu əməlsiz alimlərin və ya uzunqulaqların xarakterlərindəndir. Və Əl-Sadiq (ə.s) Musanın (ə.s) müqəddəs ilahi vadiyə/arenaya daxil olduqdan sonra, qəlbində zalımdan qorxu oldumasını nəzərdə tutmurdu, zira Allah (svt) Musaya (ə.s) buyurur ki, ‘sən ilahi qudsiyyət arenasına/mərtəbəsinə yetişmisən, belə ki, nə sənə yetişəndən nə də başqa bir şeydən qorxun olmasın, çünki səni qoruyan Allahdır. Beləliklə, indi sən Onun (svt) Qudsiyyət Arenasındasan / Mərtəbəsindəsən, müqəddəs vadi Tuvada.’
İlahi Qudsiyyət arenasına/mərtəbəsinə yetişdikdən sonra Musanın (ə.s) qəlbində zalımlardan qorxu yox idi. Lakin Allahdan (svt) olan bu ilahi danışıqda/səslənişdə müqəddəs arena/mərtəbə “müqəddəs vadi Tuva”ya yetişmək istəyən hər bir insan üçün dərslər vardır. Əvvəla, bu müqəddəs arenaya girməyə layiq olmaq üçün, insan qəlbini Firon kimi zalımlara olan hər hansı bir qorxudan uzaqlaşdırmalıdır/ arındırmalıdır, və əmin olmalıdır ki onu qoruyan, Allahdır (svt), o Allah ki, heç bir şeyə qadir olmayana qarşı hər şeyə Qadirdir.
Beləliklə, Musadan (ə.s) indi tələb olunan şey, qudsiyyət arenasına daxil olmaq və Allahdan başqa bir qorxunu qəlbindən atmaq/uzaqlaşdırmaq, hətta bu qorxu atom zərrəciyi qədər də olsa belə, və o öz qəlbini Allah (svt) qorxusu ilə doldurmalı idi.
Musanın (ə.s) bu dediyinə gəldikdə isə, {Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram}[Şuəra Surəsi: 14], Musa (ə.s) onu nəzərdə tuturdu ki, o İlahi Mesaja görə qorxur, özünə görə deyil. Belə ki, o qorxurdu ki, o, çatdırmaqla görəvləndirildiyi ilahi mesajla/çağırışla insanları bilgiləndirib qurtarmazdan öncə onlar onu öldürsünlər. Beləliklə, Allah (svt) Musaya cavab verdikdən sonra ki, {[Allah] dedi, “Xeyr! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, eşidirik.”} [Şuəra Surəsi: 15], Musa (ə.s) tələsik halda zalımın yanına getdi və onu mesajla xəbərdar etdi və Bəni İsraili də xəbərdar etdi və hər şeyə Qadir olan Allahın lütfü ilə mesajı çatdırıb tamamladı.

Əhməd Əl Həsən ə.s
T- La Table Servie.

Salam, Sur une Table. T-16. Cela s’est pass[…]

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]