#65045
Imam Mehdi (ə.s) ilə görüş xütbəsi

Rəhman və Rəhim olan Allahın adı ilə
[İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələdə qəflət içindədirlər və üz döndərirlər.
Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; Qəlbləri qəflət içində olaraq. Zalımlar öz aralarında pıçıldaşıb bir-birinə: “Bu, sizin kimi ancaq adi bir insandır. Gözünüz görə-görə sehrəmi uyursunuz?” dedilər.
Belə de:”Rəbbim göydə yerdə hər sözü bilir. O, eşidəndir, biləndir!”
Onlar belə dedilər: “Xeyr, bunlar qarmaqarışıq yuxulardır;xeyr, onu elə özü uydurmuşdur; xeyr, o, bir şairdir. Qoy əvvəlki Elçilərə göndərilən möcüzələr kimi bizə bir möcüzə gətirsin!”.
Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?
(Səndən əvvəl də onlara) ancaq kişilər göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!
Biz onları yeməz-içməz bir bədən yaratmadıq. Onlar (dünyada) əbədi də deyillər.
Sonra onlara verdiyimiz vədi yerinə yetirdik, və istədiyimiz kəslərə nicat verdik, həddi aşanları isə məhv etdik.
Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. Məgər yenədə dərk etmirsinizmi?
Biz zalım olan neçə-neçə məmləkəti məhv etdik və onlardan sonra başqa bir qövm yaratdıq.
Onlardan əzabımızı hiss edən kimi dərhal ordan qaçmağa üz tutdular.
Onlara: “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, sorğu-sual ediləcəksiniz!
Onlar isə: “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq” dedilər.
Biz onları ot kimi biçənə qədər, elə bu sözləri deyib dururdular.
Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq.
Əgər Biz əyləncə etmək istəsəydik, onu mütləq Öz dərgahımızdan edərdik. Lakin, biz (bunu) etmədik.
Xeyr, Biz batili haqq ilə (Küfrü iman ilə) rədd edərik və oda onu yox edər. (Birdə baxıb görərsiz ki, ) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!”]
(Ənbiya 1-18)
İmam Mehdi (ə.s) ilə bu fiziki dünyada ilk görüşüm, İmam Hadi (ə.s) və İmam Həsən Əsgəri (ə.s) ziyarətgahında oldu. Və bu görüşdə İmam Mehdi (ə.s)’ı tanıdım. Və bu görüş illər əvvəl baş vermişdi. Və bu görüşdən sonra da Onunla ((ə.s)) bir çox başqa görüşlərimiz oldu. Beləliklə özünü mənə tanıtdı və başqa bir çox məsələlər də bəlli oldu.
Amma Həzrət (ə.s), o vaxtlar insanlara çatdırmağım üçün mənə xüsusi bir əmr verməmişdi. Əksinə, məni məlumatlandırırdı ki beləcə, tərbiyəli və itaətkar olum və ilahi əxlaq dərəcələrinə çatım. Və məni elm ilə təqdis etdi və o vaxtlar Nəcəfdəki Elmi Hövzənin bir çox ciddi xətaları haqqında da mənim həqiqətləri görməyimi təmin etdi. Həm elmi xətaları, həm praktiki (əməli) xataları, həm də siyasi yada iqtisadi xətaları. Ya da bəzi xətaları ki, artıq o Hövzənin oturuşmuş simvollarına çevrilmişdi. Və bu müddət mənim üçün çox əziyyətli müddət oldu.
Bu son qalanın çökməsini təmsil etdiyi üçün, ki mən onun (Nəcəf Hövzəsinin) əvvəllər bu dünyada haqqı təmsil etdiyini düşünürdüm, mənim üçün sanki duzun xarab olmasını təmsil etdi. Çünki xarab olan hər şey duzla düzələ bilərdi. Bəs bu duz da xarab olmağa doğru gedərsə onda necə? Bu həm əziyyət dolu, həm kədərləndirən, həm də eyni zamanda qorxuducu bir dövr idi. İmam (ə.s) mənim, təzyiqi, diktatorluğu və xarab oluşu görməyimi təmin etdi.
Və məni, nə ediləcəyinin məchulluğu (bilinməməzliyi) ilə üz-üzə qoydu. Gəldiyim yerə gerimi qayıtmalıydım? Hər zaman öz-özümdən soruşduğum bir sual idi bu. Və cavabı isə, bu an artıq Nəcəf Hövzəsinin tam mərkəzində, bir yad kimi qalmış olmağımda idi. Bildiyim bu həqiqətlə mən indi necə bu dünyanın insanlarına yad olmayım ki? Hər halda, günlər və aylar ötdü və Allah (s.v.t) yenə İmam Mehdi (ə.s) ilə görüşməyimi iradə etdi. Və O həzrət (ə.s) də, məni o vaxt Nəcəf Hövzəsinə göndərdi ki, özünün dediklərini, kiçik bir qrup olan, Hövzə tələbələrinə bildirim. Beləliklə, qısa müddətlik də olsa, bu toplantını təşkil etməyimin önəmli olacağını gördüm. Bu görüş, həyatımda tarixi bir anı təmsil etmiş olduğuna görə həm də, İmam Mehdi (ə.s) bir mənada, ilk dəfə məni onun üçün Nəcəf Hövzəsində xalqa, açıq olaraq fəaliyyət göstərməyə yönləndirdi. Minlərlə səlat və salam Onu şərəfləndirənlərin üzərinə olsun!
Və bu görüşün baş verməsi də bu cür idi ki; bir gün yatmışdım və yuxu gördüm. Və İmam Mehdi (ə.s), İmam Həsən Əsgəri (ə.s)’ın qardaşı olan Seyyid Muhəmməd (ə.s)’ın ziyarətgahının yaxınlığında dayanmışdı. Və mənə onunla görüşməyi əmr etdi. Sonra oyandım. Saat 02:00 idi. Və 4 rükət gecə namazımı qıldım. Və yenidən yatdım və İmam Mehdi (ə.s)’ın onunla görüşdüyümü sual etdiyi, başqa bir yuxu gördüm. Və oyandım və saat 04:00 idi. Beləcə gecə namazlarının hamısını xətm etdim və ardınca sübh namazını qıldım.
Bu yuxulardan 2 gün sonra, İmam Hadi və İmam Əsgəri, Allahın salamı olsun onlara, olduğu Samirraya yollandım. Sonra Seyyid Muhəmməd (ə.s)’ın ziyarətgahının olduğu ölkəyə geri qayıtdım. Ardıyca, İmam Kazim (ə.s) və İmam Cavad (ə.s)’ın ziyarətgahının olduğu şəhərə getdim. Daha sonra İmam Huseyn (ə.s)’ın və sair şəhidlərin olduğu Kərbəla şəhərinə getdim, Allahın salamı olsun onlara. Və İmam Mehdi (ə.s) ilə gecə, İmam Huseyn (ə.s)’ın ziyarətgahında görüşdüm. Sonra səhər, İmam Mehdi (ə.s) ilə özünün Kərbəlada, Xidrə küçəsinin qurtaracağında olan məqamında görüşdüm.
Beləliklə, məqamda tək oturduq və demək olar ki məqam (ziyarətgah) mühafizəçisindən başqa orada heç kim yox idi. Və o mühafizəçi də, bizdən uzaqda olan qadınların ibadət sahəsində dayanmışdı.
Hər halda, o gün, Hicri təqvimi ilə 30 Şaban, 1420-ci il idi. Və bu görüşdən sonra geri qayıtdım və Allahın ehsanı ilə Ramazan ayının orucunu tutdum. Sonra, Ramazan ayının sonunda, Nəcəfə yollandım ki, beləcə nəyi bilmək üçün gəldiyimi bəyan edim. Beləliklə bəzi tələbələrlə aramızda baş tutan söhbət çox qızğın keçdi. Və nəticə olaraq, bəziləri ilə əlaqəni kəsir və onların bəziləri də, külli şəkildə anlaşılmamazlıqda qalırdı. Və bəzisi də mənə yardım etmədən, mənimlə eyni fkirdə idilər. Və Hövzə tələbələrindən heç biri mənə dəstək vermədi, günlər, aylar, hətta hardasa 3 il keçdi. Və bəli, Hövzədəki maliyyə pozğunluğu mövzusunda mənimlə eyni fikirdə olan bəziləri vardı və buradan da, bu maliyyə pozğunluğu məsələsində islahatçılıq hərəkatı başlandı.
Lakin, həqiqi islahatlar bir nəticə vermədi. Pulla əlaqəli, bəzi Mərceilərin bəzi prinsipləri dəyişdi, amma bu dəyişiklik heç danışmağa dəyməyəcək qədər kiçik bir dəyişiklik idi. Və bir çox alim də, əvvəlki kimi elə eyni vəziyyətdə qaldı. Və buna qarşılığında yenə də cəmiyyətdə, xəstəlikdən, vücudun və ruhun aclığından əziyyət çəkən bir çox insan var idi. Və heç kim bu vəziyyəti yaxşılığa doğru dəyişdirmək üçün fəaliyyət göstərmirdi. Və bir neçə ay sonra İmam Mehdi (ə.s) ilə olan əlaqəm aşkar olmağa başladı. Və mən, onun tərəfindən göndərilən bir Elçi idim və bu müddət yalnız mənim bildirişimlə də olmadı. Həmçinin bir qrup Hövzə tələbəsi eşitdi və Mələkut Aləmində[1] gördülər. Və bu gördükləri, onlara həqiqətin sübutu oldu. Bəzi, məni tanıyanlar və bəzi mənimlə heç bir rabitəsi olmayanlar mənə beyət etmək üçün təkid etdilər. Və mən onları bu məsələnin çətinliyi və ağırlığı barədə xəbərdar etdim. Və dedim ki, mənə arxanızı dönüb gedəcəksiniz və eynilə Muslim ibn Əqili tərk edən Kufə camaatı kimi, siz də məni tərk edəcəksiniz. Lakin onlar özləri bunu etiraf edəcəyi vaxta qədər mənə xidmət etmək üçün öz canları, malları və övladları ilə mənə beyət etdilər. Və mən buların heçbirini onlardan soruşmadım.
Və bu, Hicri 1423-cü ilin Cəmadi ayında idi. Və bu hadisədən sonra bir çox Hövzə tələbəsi mənə sədaqət andı içdi. Fəqət sonra onların canına qorxu düşdü və Səddamın qüvvələri məni təqib etməyə başladı. Beləliklə onlar da beyət və andlarından döndülər. Və sonra hər dəstə və qrup, andlarından dönmək və məni günahkar çıxartmaq üçün bəhanə axtarmağa başladı. Amma sonda, iki məsələ üzərində razılığa gəldilər; Birinci məsələ, məni böyük bir sehrbaz olmaqla günahlandırmaq idi. İkinci böhtan isə; Mənim Cinləri ələ aldığım/idarə etdiyim və istifadə etdiyim və onların üzərinə, idarə etmək üçün çağırmağım böhtanı idi. Və beləcə, qrup ayrıldıqdan sonra, məndə evə qayıtdım. Və geriyə mənlə birlikdə bir neçə, az sayda Hövzə tələbəsi ilə bir neçə mömindən savayı heçkəs qalmadı.
Və 1424-cü ilin Cəmadiul-Əvvəl ayında, bir dəstə mömin mənim yanıma gəldi və andlarını təzələdilər. Və məni evdən çıxartdılar və Dəvət (Allahın inayəti ilə) yenidən başladı. Və 1424-cü hicri ilinin Ramazan ayının son 2 günündə, İmam Mehdi (ə.s) mənə, dünyadakı insanların hamısına və Özünün (ə.s) hər bir buyuruğuna istinadən, Mehdi (ə.s)dan gələcək əmr ilə səslənməyimi əmr etdi.
Və Şəvvalın 3-ü İmam Mehdi (ə.s) mənə, təzyiq göstərən və Zalım hökmdarlara qarşı inqilab etməyi insanlara bildirməyimi buyurdu. Və addımları hesab etmək və surətli fəaliyyət göstərməkdə və Haqqı tətbiq etmək və “lə iləhə illəllah” şüarının yüksəlməsini təmin etmək üçün haqq yolundakıları və insanları, haqqı dəstəkləməyə Dəvət etdim.
Doğrusu, Allahın Kəlamı çox Ucadır. Doğrusu, Allahın Kəlamı çox Ucadır. Doğrusu, Allahın Kəlamı çox Ucadır. Və Münafiqlərin kəlamı çox aşağıdır. Elə isə Allahı dəstəkləyin, O da, sizi dəstəkləyəcəkdir.
Allahın dininin bir dəstəkçisi varmı?
Quranın bir dəstəkçisi varmı?
Allahın Xəlifəsinin bir dəstəkçisi varmı?
Allahın (s.v.t) bir dəstəkçisi varmı?
[“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.”] (Nur 55)
Və mən, alimlərdən mənə dəstəkçi olmalarını gözləmirəm. İmam Sadiq (ə.s)`ın buyurduqlarından sonra onlardan məni dəstəkləmələrini necə gözləyə bilərəm ki?
Bir çox hədislərdə O (ə.s) təsdiq edir ki, onların çoxu İmam Mehdi (ə.s)’a qarşı dilləri ilə axıra qədər vuruşacaqlar. Və məsələ gəlib yetişdiyi zaman, O (ə.s) 70 böyük alimi və 3000 kiçik alimi öldürəcək.
Onlardan (alimlərdən) mənə necə dəstək olmalarını gözləyə bilərəm? Bir halda ki İmam Sadiq (ə.s) buyurub:
“Allah, məsələni heç bidəti olmayan şəxs ilə dəstəkləyəcəkdir. Və əgər məsələ gəlib çatsa, o bütlərə ibadət edənlər, bunu etməyi tərk edərlər.”
İmam Sadiq (ə.s)’ın bildirdiyi bütlər, əməlsiz alimlərdir. Və İmam Sadiq (ə.s)’ın dövründə, Əbu Hənifə və onun kimilər xaric, bütlərə sitayiş etmək yox idi. Həmçinin O (ə.s) buyurdu ki:
“Qaim xüruc edərsə, özünü (bu) məsələnin (əmrin) əhli görənlər, məsələdən kənarda qalacaqlar. Günəşə və Aya ibadət edənlərə bənzəyənlər isə bu məsələyə daxil olacaqlar.”
Qaimi (ə.s) dəstəkləməyəcək şəxslərin əməlsiz alimlər olmasına baxmayaraq, insanlar onların, Qaimin (ə.s) naibi olduğunu zənn edirlər.
Və mən bu alimlərdən necə dəstək gözləyə bilərəm, bir halda ki İmamlar (ə.s) buyurur: “Ümmətin parçalanması və fəsada uğraması bu alimlərin günahıdır.”
Möminlərin Əmiri Əli (ə.s) buyurur ki:
“Ey Malik ibn Zəmrə! Şiələr bir-biri ilə ixtilaf edərsə nə edərsən? (Əllərini bir-birinə yaxınlaşdıraraq barmaqlarını bir-birinə keçirdi) Ərz etdim ki: “O zamanda heç bir xeyir yoxdur!” İmam (ə.s) buyurdu: “Xeyirin hamısı o zamandadır ey Malik! O zaman Qaimimiz qiyam edəcək, Allahı və Rəsulunu inkar edən 70 nəfər çıxacaq. O da onları öldürəcək. Sonra Allah hərkəsi onun ətrafında cəm edəcək.”
Allaha və Onun (s.v.t) Rəsuluna (s) nisbət verərək yalan danışarlar. Heç şübhəsiz ki onlar, əməlsiz alimlərdir.
İmam Cəfər-i Sadiq (ə.s) buyurur: “Bu (qiyam), uzun zaman keçdikdən sonra olacaq və deyiləcək ki, ‘Öldü və ya həlak oldu, görən hansı dərəyə getdi?’ ” Dedim ki: “Zamanın keçməsi nə deməkdir?” İmam (ə.s) buyurdu: “Şiələrin öz aralarında ixtilaf etmələridir.”
Və bugün bəzi Şiə alimlərinin dediyi budur ki, böyük qeybətin sonu yoxdur və heç kəs onu heç vaxt görməyəcək. Həqiqətdə, onun zühurunu və qiyamını görməyi istəməzlər. Çünki bu (xüruc), şiələri bir-birindən ayıran və hamısının fərqli yollar tutmasına səbəb olan Mərceyi-Təqlidlərin, status və mövqelərinin sonu deməkdir.
İmamlardan (ə.s) olan bir rəvayətdə deyilir:
”Qaim qiyam etdikdə Kufəyə doğru yola düşər. Orada bətriyyə[2] adlanan əli silahlı on min nəfər İmamın qarşısını kəsib belə deyərlər: “Hardan gəlmisənsə, ora da qayıt. Bizim Fatimənin (s.ə) balalarına ehtiyacımız yoxdur.” İmam qılıncını çəkib onların hamısını qılıncdan keçirər. Beləliklə İmam (ə.s), onları qılıncdan keçirəcək və onlardan bir nəfəri belə sağ buraxmayacaq. Bunun ardınca Kufəyə daxil olacaq və hər mürtəd münafiqi öldürəcək. Oradakı qalaları dağıdacaq və Allah razı olana qədər, orada döyüşənləri öldürəcək.”
İmam Baqir (ə.s) buyurdu: “Qaim Kufəyə daxil olacaq. Və orada üç bayraq asılmış olacaq. Beləliklə minbərə çıxıb xütbə deyəcək.”
Baqir (ə.s) buyurdu: “Gözdəki sürmənin təmizləndiyi kimi təmizlənəcəksiniz, ey Ali-Muhəmmədin şiələri! Gözün sahibi sürməni nə vaxt sürəcəyini bilir amma nə vaxt siləcəyini bilməz. Eyni şəkildə, səhər bizim şəriətimizə və əmrimizə tabe olan, axşam ondan çıxacaq. Axşam bizim şəriətimizə və əmrimizə tabe olan isə səhər ondan xaric olacaq.”
Və Rəsulullah (ə.s) bu cür buyurduğu halda, mən onlardan necə dəstək gözləyə bilərəm ki?!
“Ümmətimə elə bir zaman gələcək ki, İslamın ancaq adı, Quranın isə şəkli qalacaq. Onlar özlərini müsəlman deyə çağıracaqlar. Halbuki, bundan çox uzaqdırlar. Məscidlərin xarici görünüşləri bəzəkli, amma içi hidayətdən məhrum olacaq. O zamanın alimləri, göyün qübbəsi altındakı ən şərli insanlar olacaq. Fitnə onlardan çıxacaq və yenə onlara qayıdacaq.”
Və Rəsulullah (s) Merac gecəsi buyurdu: Merac gecəsi Allah Təaladan soruşdum:
“İlahi, bu (Qaimin qiyamı) nə vaxt olacaq?” Allah Təala belə vəhy etdi: “Elm qaldırıldığı və cəhalət ortaya çıxdığı, qarilər çoxaldığı, əməllər azaldığı, qətliamlar artdığı zaman, hidayətə götürən fəqihlər azaldığı, zəlalətə götürən xain fəqihlər çoxaldığı zaman. Şairlər çoxaldığı zaman, sənin ümmətin, məzarlarını məscidlərə çevirdiyi zaman, müshəflər (Quran) və məscidlər bəzədildiyi zaman və ədalətsizliklər çoxaldığı zaman.”
Həmd olsun Allaha, Ölümün sahibinə! Odur hərşeyi həyata keçirən. Odur küləkləri əsdirən. Odur dinini yenidən quran və göstərən.
Həmd olsun Allaha! Onun Təvazösündən Cənnət əhli titrəyər. Yer üzü və onun çayları sarsılar. Dəniz və içində üzənlər ölər.
Aləmlərin Rəbbi olan Allaha həmd olsun.
Aləmlərin Rəbbi olan Allaha həmd olsun.
Aləmlərin Rəbbi olan Allaha həmd olsun.
Hər harükalda, ey İraq xalqı, şübhəsiz ki məni, yer üzündəki insanlara atam (İmam Muhəmməd ibn əl-Həsən (ə.s)) göndərdi və O (ə.s), şəhərlərin anası olan Nəcəf ilə, sizinlə başladı. Və şübhəsiz ki mən, Cəbrail, Mikail, İsrafil və Mələkut Aləmi ilə dəstəklənməkdəyəm. Və məni haqq ilə qəbul edən bir çoxundan pərdə qaldırılmışdır və onların yuxuları bugün dəmir kimidir. Onlar, insanların görmədiklərini görürlər, eşitmədiklərini eşidirlər. Ruhun bu əlamətindən daha böyük başqa hansı əlamət var?
[Onlara (inkarçılara) göydən bir qapı açsaq və ordan yuxarı çıxsalar, “gözlərimiz boyandı, daha doğrusu bizə sehr edilmişdir “deyərlər (və enərlər)] (Hicr 14-15)
Yuxulara gəldikdə isə; tez-tez müxtəlif bölgələrdən heyətlər yanıma gəlir, bəziləri Nəcəfdən uzaq. Və onların əksəriyyəti yuxusunda bu haqq dəvətə yönəldən şeylər görür. Məsələn, (ola bilər ki) Al-i Muhəmmədə (ə.s) düşmənçiliklə bağlı bir-iki yuxu olmuş olsun. Bəs bu yüzlərlə yuxuya nə cavab verməli?! Xeyr, hətta minlərcəsinə?! Və əksəriyyəti yuxusunda hansısa bir məsumu görür.
Əhlibeyt (ə.s) bu cür buyurmuşdur:
“Kim bizi (yuxuda) görmüşdürsə, həqiqətən bizi görmüşdür. Çünki, Şeytan bizim surətimizə girə bilməz!”
Halbuki zalımlara qalsa, (deyəcəklər ki) yuxular dəlil deyil. Hətta saleh yuxular Nübüvvətin bir cüzü sayılsa belə! Və Rəsulullah (s) və İmamlar (ə.s) yuxulara və onları dinləməyə böyük əhəmiyyət vermişlər. Həmçinin, onların təvilinə də böyük əhəmiyyət vermişlər. Hətta bəzi Peyğəmbərlərin Nübüvvəti xüsusilə yuxulardan ibarətdir. Danyal (ə.s)’ın nübüvvətinin təvili kimi.
Hətta İmam Mehdi (ə.s)’ın anası Nərcis (s.ə) yalnız gördüyü saleh yuxu sayəsində, İmam Həsən Əsgəri (ə.s) ilə evlənmək üçün İraqa gəlmişdir və Romalı Sezarın nəvəsi olduğu halda özünü döyüşlə və həbslə riskə atmışdır.
Hətta Hüseyn (ə.s)’ı dəstəkləyən Xristian Vahab da. Çünki o, yuxusunda İsa (ə.s)’ı görmüşdü.
Hətta Bəni-Üməyyə, Xalid ibn Səid İbn As Üməyyə, Rəsulullahı (ə.s) yuxusunda gördükdən sonra müsəlman olmuşdu.
Bütün bunlara baxmayaraq, cahillər və tağutlar, yuxuları düşünmədən yalanlamış və inkar etmişlər.
Və sizə haqqı deyirəm, hal-hazırda insanların yaşadığı bu şeylər yuxularla gələn uca vəhylərdir. Lakin insanların əksəriyyəti Allahın nemətinə qarşı kafirdir və çoxu Allaha şükr etməz. Bu Allahın bizə verdiyi bir fəzldir, amma insanların çoxu şükür belə etməz. Həmd olsun Aləmlərin Rəbbi Allaha.
Və mən bir çox insana, gələcəkdən mühüm xəbərlər dedim və hamısı dediyim kimi həyata keçdi. Bunlardan biri də, insanlar ilk dəfə mənə sadiqlik andı içdikləri vaxt, andlarından dönəcəklərini deməyim idi.[3] Bu da təxmini il yarım əvvəl idi və ayrıca bu il (2004-cü il nəzərdə tutulur) içində təzədən gəlib and içəcəkdilər. Və bundan sonra da, vələduzzinaların; Səddam və nəcis əsgərlərinin; iqtidarın hakimiyyətinin sonu olacağını bildirməyim idi. Və daha bir çox başqa şeylər oldu. Mənimlə onlar haqqında əlaqə saxlayanlardan soruşun. Onlardan möcüzələri soruşun, öz gözləri ilə gördüklərini soruşun.
Və beləcə Allah haqqı üçün sizdən soruşuram, Mələkut Aləmi kimin əlindədir? Allahın yoxsa Şeytanın? Allah ona lənət etsin. Əgər bu şeylər sehr ya da Cindən gələndir deyirsinizsə – ki bu ancaq sizin dediklərinizdir – elə isə düşmən o kəsdir ki, Mələkut Aləmi şeytanın (lənətullah) əlindədir deyir. Və Allah (s.v.t), bu cahil və axmaq sözləri/böhtanları deyənlərə və bunda təkid edənlərə, Allaha-Təala bu böhtanlarına görə tövbə edib istiğfar etməyənlərə Lənət edər.
Və bugün sizdən yardım tələb edirəm, cəddim Hüseynin (ə.s) tələb etdiyi kimi. Bizə yardım edəcək bir kəs varmı? Bundan əvvəl atalarınızın etdiyi kimi bizdən üz çevirsəniz ya da bizə xəyanət etsəniz, atamın səbirli olduğu kimi, Rəhman mənə əmri vəhylə bildirənə qədər, mən də səbrli olacağam. Keçən il məni, Muslim ibni Əqili (ə.s) tərk etdikləri kimi tərk etdikləri zaman, səbrli olduğum kimi… O zaman çox azı istisna olmaqla heç bir dəstəkçim qalmamışdı. Və onlar məni yalnız Səddamın qorxusundan, Allah ona lənət etsin, və bu dünyaya olan acgözlülüklərindən dolayı tərk etdilər. Lakin Allah məni Səddamdan qorudu, baxmayaraq ki, onun kafir qüvvələri məni tutmaq üçün hər cür səy göstərdilər.
Və hər kim bu ‘Haqq Dava’nı yalan sayarsa, burada əllərinizin arasındayam. Və burada, bu dəvətə inanan onlarla şəxs ki, pərdələr onların üzərindən qaldırılmış və onlar Mələkut Aləminə nəzər salmaqdadırlar (əllərinizin arasındadır). Və yüzlərlə şəxs, hətta daha çoxu, İmam Mehdi (ə.s) ilə əlaqədar və ya digər İmamlar (ə.s) ilə əlaqədar və ya Fatimeyi-Zəhra (s.ə) ilə əlaqədar və ya Rəsuli Əkrəm (s) ilə əlaqədar sadiq yuxular görmüş və onlara bu haqq və sadiq dəvəti izləmələri əmr edilmişdir.
Və mən Mubahilə[4] etməyə hazıram; daha doğrusu İslamın bütün məzhəblərindən olan bütün alimlərə meydan oxuyuram. Sünni, Şiə, hətta Xristian və Musəvi alimlərinə ki, mən Mehdi (ə.s)’dan Müsəlmanlara, İsa (ə.s)’dan Xristianlara və İlyas (ə.s)’dan Musəvilərə göndərilmiş bir Elçiyəm. Və onların hər biri ilə öz kitabları ilə münazirə etməyə hazıram. Və mən Qurani-Kərimi, İncili və Tövratı onların bildiklərindən daha artıq bilən, miskin cahil bir qulam. Və Allahın mənə bəxş etdiyi xüsusi elm ilə, onların uydurduğu yerləri də bilirəm.
Xeyr! Allah tərəfindən bizə verilən elm ilə mübarizə apara biləcək gücdə deyillər. Və mənim yəqin olaraq bilirəm ki, onlardan hansı haqqı tələb edərsə, veriləcəkdir. Və kim bu pis dünyanı arzu etdiyi üçün məni inkar edərsə, onda onu eyni tərzdə Mubahilə etməyə çağırıram, beləliklə hər kim yaşayacaqsa, hər kəsin gördüyü açıq bir şəkildə yaşasın. Və hər kim öləcəksə, hər kəsin gördüyü açıq bir şəkildə ölsün. Yəni, hər kim haqqı çiyinlərinə alaraq məni qəbul edərsə, bu dünyada və axirətdə qazanacaq və xoşbəxt olacaq. Və hər kim məni inkar edərsə, Haqqı inkar edəcək və həm bu dünyasını həm də axirətini itirəcək.
Və yaxın zamanda nə günah işlədiyinizi, hansı “hörməti” pozduğunuzu görəcəksiniz. Və peşmançılıq sizə bir fayda verməyəcək. Və yaxın zamanda sizin üzərinizə mühafizəçi olacam.
Ey Huseyn ibn Əlinin (ə.s) qatillərinin toxumları! Sizin müctəhidləriniz və fəqihləriniz onu (ə.s) sizdən əvvəl öldürdülər, eynilə Şimr ibni Zilcövşən (l.ə) və Şəbs ibni Rəbi (l.ə) kimi, sizin atalarınız da onlara kömək etdi. Və istəsəydim, bugün hansınızın Şimr ibn Zilcövşən və Şəbs ibn Rəbi olduğunu deyərdim. Lakin heyhat! Az qala bir dənə də hədisi başa düşməyən bu ağılsızlarla nə edə bilərəm? Və əsla sevinməyin, ey zalımlar! Sizi tərk edib torpaqlarınızdan hicrət etdiyim üçün sevinməyin. Çünki, Atam Muhəmməd ibn əl-Həsən əl-Mehdi (ə.s) ilə birlikdə qayıtmağım çox çəkməyəcək. O (ə.s) sizə qılıncların kölgəsi altında, qılınc və ölümdən başqa heçnə verməyəcəkdir.
Ey atalarınızın etdiklərinə qane olanlar və Şimri (l.ə) izləyənlər, Allahın lənəti sizin bu dövrünüzdəki, Şimrin üzərinə olsun. Allahın lənəti, sizin bu diyarınızdakı Şəbs ibn Rəbinin üzərinə olsun! Və o zaman peşmançılıq da bir fayda verməyəcəkdir. Ey Peyğəmbər (ə.s) və Peyğəmbər övladlarının (ə.s) qatilləri! Siz bu dünya və axirətdə hüsrandan savayı heç nə tapa bilməyəcəksiniz, əllərinizlə etdiklərinizdən dolayı, və saxtakar dillərinizin dediyi böhtanlar, yalanlar, iftiralar və batil ittihamlarınızdan dolayı… Və atam, mənə qarşı etdiklərinizdən və hörmətimi pozduğunuz üçün sizə qarşı qəzəbli və kədərli halda gələcək. Sonra, elm sizə heç bir fayda verməyəcəyi zaman kimə qarşı sui-qəsd planlaşdırdığınızı biləcəksiniz. Və biləcəksiniz ki, Allahın, Muhəmmədin, Əlinin və Əhlibeytin – Allahın salamı onların üzərinə olsun – hansı hörmətini pozmusunuz! Siz ey söz pəhlivanları və Ənbiya (ə.s) və Ənbiya övladlarının (ə.s) qatilləri! Allah, cəddim Hüseynin (ə.s) boynunun vurulmağına izn verdiyi kimi, mənim də boynumun vurulmasına izn verməyəcək.
Və bu sondur və bugün Allahın böyük günüdür. Və bu, ilk xəbərdarlıqlardan bir xəbərdarlıqdır və şübhəsiz, bu böyük xəbərdarlıqlardandır. Bu insan oğluna bir xəbərdarlıqdır. Və mən, atam Muhəmməd ibn əl-Həsən Mehdi (ə.s)’ın yanına qayıdacağam, və məni necə təkzib etdiyinizi və hörmətimi necə pozduğunuzu deyəcəyəm! Yalan və yalnış ittihamlarınızla! Və sonda; heç bir günah etməmişkən; sadəcə Haqq ilə gəldiyimi bildiyiniz və yalanlarınızdan əsər buraxmayacağımı bildiyiniz üçün, məni necə həbs etməyə və öldürməyə çalışdığınızı deyəcəyəm.
Və siz, eynilə Kommunistlər kimi, Allahın varlığını inkar edənlərlə əl görüşər və onları heç bir şəkildə rədd etməzsiniz.
Mən Allaha güvənməkdəyəm. Odur ki siz də, müttəfiqləriniz də bacardığınız qədər sui-qəsd hazırlayın, amma elə edin ki qurduğunuz sui-qəsd sizi əndişəyə salmasın. Sonra hökmünüzü verin və mənə nəfəs belə almağa imkan verməyin!
[Əgər siz üz çevirsəniz, mən sizdən heçbir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha məxsusdur. Onlar yenədə Nuhu yalançı hesab etdilər. Bizdə onu və onunla birlikdə gəmidə olanlara nicat verdik. Və onları Varislər etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör qorxudulanların axırı necə oldu!] (Yunus 72-73)
Həmd olsun Aləmlərin Rəbbi olan Allaha!
Əhməd Əl Həsən (ə.s)
Hicri: 27 Şəvval, 1424
Miladi: 22 Dekabr 2003
[1] Yuxu və kəşf vasitəsilə
[2] Bətriyyə Əhlibeyti (ə.s) sevdiyini iddia edən amma müxtəlif bəhanələrlə Əhlibeytin (ə.s) düşmənlərini lənətləməyən və onlara qardaş deyənlərə deyilir
[3] Bunlara misal olaraq Heydər Müşəttət-o Yəmani (ə.s)a ilk iman edənlərdən idi. Amma andından döndü və İrana qaçdı orda həbsə düşdü və sonralar ordan çıxdı və İraqa qayıtdı və Özünü məsum və Yəmani elan etdi və İraqda bir müddət sonra cəhənnəmə vasil oldu. Çünki Allah yalançının ömrünü kəsər
[4] Qarşılıqlı lənətləşmək, və kim yalançıdırsa, Allahdan o yalançıya lənət etməsini istəmək
You do not have the required permissions to view the files attached to this post.

Salam, Des bannières pour tous les peuples. […]

Q- Le Mahdi dans le Coran.

Salam, Le Qoraychi. Q-27. Nous avons vu que[…]

M- Deux Messies.

Salam, Qoraych. M-14. Mahdi est Korèsh (Qora[…]