Türk ənsarların imamdan soruşduqları (Cavablanıb)

Moderators: Shana, Azerbaijan Moderator

Post Reply
Qafar Aal Al-Mahdi
Posts: 22
Joined: Sun Jul 26, 2020 10:43 am

Sual: Əssalam əleykum və rəhmətullah və bərəkatuh.

Bəzi türk ənsarlar İmamdan soruşurlar:

1) Zülqərneynin inşa etdiyi divar hardadır?

2) Anam hicab geyinməyimə etiraz edir və qəzəblənir. Nə edə bilərəm?

3) "Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir." (Maidə 54)
Bu ayədə möminlərə qarşı təvazökar olanlar kimlərdir?

4) Neçə ildir Yer üzündə həyat var? Neçə peyğəmbər göndərilib?

Cavab: Rəhman və Rəhim olan Allahın adı ilə.
Həmd olsun Aləmlərin Rəbbi olan Allaha.
Allahın salavat və salamı Muhəmməd və Ali-Muhəmmədin, İmamların və Mehdilərin üzərinə olsun.

1) Bu, gələcəkdə üzə çıxacaq və bütün dünya bunu eşidib görəcək.

2) Allaha itaət et.

3) Bu ayə, Qaimin əshabı haqqındadır.

4) Yer üzünün yaradılmasından milyardlarla il keçib və insanlara 124 000 nəbi və rəsul göndərilib.

Əba Sadiq

Mənbə
Post Reply

Return to “İmam ilə Suallar və Cavablar”